Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milva Ekonomi
Milva Ekonomi (alb. Milva Ekonomi; 1962, Tirana) — Albaniya siyasətçisi, Albaniya sosialist partiyasının üzvü. 2016-cı ildən Albaniya iqtisadiyyat naziri. == Bioqrafiyası == Milva Ekonomi 1962-ci ildə Tiranada anadan olub. "Statistika və iqtisadiyyat" ixtisası üzrə Tirananın Kənd Təsərrüfatı universitetini bitirib. Tirana universitetində işgüzar inzibatçılıq üzrə magistr dərəcəsini alıb. 1994-dən 2005-ci ilədək Albaniyanın statistika institutunun direktoru idi. O, milli nomenaklatura komissiyasına başçılıq edib, iki müddət ərzində AİB/BMT Avropa Statistikləri Konfrans Bürosunun üzvü idi. 2006-cı ilin iyununda o, Tiranada iqtisadi və sosial məsələlər üzrə tədqiqat mərkəzini təsis etdi. O, 2007 və 2008-ci illərdə Kosovoda statistika layihəsi çərçivəsində yenidənqurma üzrə Avropa agentliyində işləyib.
Konstantin fon Ekonomo
Konstantin fon Ekonomo (21 avqust 1876, Breila — 21 oktyabr 1931, Vyana) — Yunanıstan mənşəli Avstriya nevroloqu. == Bioqrafiyası == Konstantin fon Ekonomo Rumıniyanın Breila şəhərində zəngin və zadəgan ailəsində anadan olmuşdur. Tezliklə ailəsi ilə birlikdə Avstriyanın Triest şəhərinə köçmüşdür. Onun uşaqlığını bu şəhərdə keçmişdir. 1893-cü ildə Vyana Politexnik Universitetinə daxil olmuş və mühəndislik fakultəsində təhsil almışdır. İki il sonra həkimliyi oxumağa başlamışdır. 1901-ci ildə Vyana Universitetinin tibbi fakultəsini bitirmişdir. 1900-cu ildən 1903-cü ilə qədər fizioloq Ziqmund Eksnerin assistenti olmuşdur. Münhendə Emil Krepelinadan dərs almışdır. 1906-cı ildən Vyanada psixiatriya kafedrasında Yulius Vaqner-Yaureqqin yanında assistent kimi çalışmışdır.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi