Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eksternat
Eksternat – məktəb proqramı kursunu ekstern yolu ilə (kənarda olmaq üsulu ilə) keçərək imtahan vermə üsulu. Ekstern – [lat. externus – xarici] hər hansı bir təhsil müəssisəsində oxumadan kənarda hazırlaşaraq orada imtahanlarını verən adam. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Esterqom
Esterqom (, mac. Esztergom alm. Gran‎, slovak. Ostrihom)—Macarıstanın şimalında, Budapeşt şəhərinin 50 km şimal-qərbində, Komarom-Esterqom əyalətində yerləşən şəhər. == Tarixi == Esterqom Macarıstanın qədim şəhərlərindən biridir. 10-ci əsrdən 13-ci əsrin ortasına qədər, Arpad sülaləsindən Kral IV. Bela dövründə Macarıstanın paytaxtı idi. Şəhər 1529-ci ildə Sultan Süleymanın həyata keçirdiyi I Vyana səfəri zamanı müvəqqəti olaraq, 1543-ci ildə həyata keçirilən blokada nəticəsində isə qəti olaraq osmanlı suverenliyinə geçmişdir. İşğaldan sonra Osmanlı imperiyasının şimal-qərb sərhədindəki mövqeyi etibarilə əhəmiyyətli sancaq mərkəzlərindən biri olmuşdur. 1595-ci ildə almanlar tərəfindən işğal edilən şəhər, Sokolluzade Lələ Mehmet Paşa tərəfindən yenidən Osmanlı torpaqlarına qatılmış və 1683-ci ildə alman işğalına qədər Osmanlı ərazisi olaraq qalmışdır. Hal-hazırda Macarıstandakı Roma Katolik Kilsəsinin baş yepiskopunun taxtı burada yerləşir.
Komarom-Esterqom (medye)
Komarom-Esterqom (mac. Komárom-Esztergom) — Macarıstanın şimalında yerləşən medye. İnzibati mərkəzi — Tatabanya. Şimalda Komarom-Esterqom medyesi Slovakiya (Nitra diyarı) ilə həmçinin Feyer, Vesprem, Dyör-Moşom-Şopron və Peşt medyeləri ilə sərhəddir. == Tarixi == Komarom-Esterqom medyesi Birinci Dünya müharibəsindən sonra Komarom və Esterqom bölgələrinin birləşməsi nəticəsində yaradılmışdır. İkinci Dünya müharibəsi dövründən 1990-cı ilə qədər medye Komarom adlanırdı. == Şəhərlər == Tatabanya Esterqom Tata Komarom == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir. == Tanınmışlar == Yanoş Laslo Aldor (1895-1944) — macar rəssam.