Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev[…] – 15 may 1935[…], Leninqrad[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.