Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — kefallar fəsiləsinə aid balıq cinsi.
== Yayılması ==
Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb.Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır.
== Morfoloji əlamətləri ==
D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur.Burun hissəsi nisbətən kütdür.Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır. Uzunluğu 40 sm-ə, kütləsi 0,8 kq-a çatır, 11 ilə qədər yaşayır. İki bel üzgəci vardır. Döş üzgəcləri hündürdə, qarın üzgəcləri onlara yaxın yerləşmişdir.