Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], VIII arondisman, Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. == Həyatı == Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski Bromus L. subg. Nevskiella Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.