Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epilepsiya
Epilepsiya – əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur. Epilepsiya ən qədim xəstəliklərdən biridir. Müasir həyat tərzi ilə əlaqədar olan bəzi xəstəliklər istisna olmaqla bütün xəstəliklər elə insanın yaranması ilə başlayıb, yəni qədim dövrdən mövcud olub. Epilepsiya xəstəliyi çox maraqlı və insan beyni ilə maraqlananlar qarşısında böyük imkanlar açan nevroloji bir patalogiyadır. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Xəstəliyin etimoloji adında bu ənənə özünü göstərir. Epilesiya sözü yunanca "epilambano" sözündən götürülüb mənası "yıxılıram" "tuturam" deməkdir. Bundan başqa, epilesiyanın xarakterik klinikası və gedişi qədim insanların şüurunda qəribə duyğular formasında əks olunub.
Epilasia
Epilasia (lat. Epilasia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Epilasia acrolasia (Bunge) Lipsch. Epilasia hemilasia (Bunge) C.B.Clarke Epilasia mirabilis Lipsch.
Epileptik status
Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz vəziyyətdir. == XBT-10 üzrə təsnifatı == G41.0 Epileptik status - grand mal (tonik-klonik tutmalar) G41.1 Epileptik status -petit mal (absanslar statusu) == Etiologiyası == Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların qəbulunun dayandırılması və ya dozasının azaldılması. == Dövrləri == Predstatus (tutmanın başlanmasından 0-9 dəq), başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES (60 dəq-dən artıq). == Klinika == ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər. == Diferensial diaqnoz == Metabolik ensefalopatiyalar (qara ciyərin, böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır. == Müalicə == Əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq ərzində ESdən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal.
Epilepis rudis
Coreopsis rudis (lat. Coreopsis rudis) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü. == Arealı == Meksikada yayılmışdır. == Sinonim == Epilepis rudis Benth.