Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eskalop
Eskalop (fr. escalope) — müxtəlif mətbəxlərə aid edilən, adətən yumru, dairəvi şəkildə kəsilmiş ət (dana əti, donuz əti) tikələrindən ibarətdir. Eskalop üçün kəsilmiş ət dilimin qalınlığı 1—1,5 sm-dən çox olmur, nə unlanır, nə də qrillənir. Eskalop əsasən qarnir kimi istifadə olunur. Fransada, escalope sözü geniş yayılmışdır. == Mənşə == Eskalop termini Fransadan qaynaqlanır . Bu termin ilk dəfə XVII əsrdə Fransanın şimalında dialektik ifadə kimi yaranmışdı. Başlanğıc mənası qabıqlı qoz deməkdir: veau à l'escalope (dana ətindən eskalop). Eskalop bu gün də əsasən dana ətindən hazırlanmaqdadır. == İstinadlar == == Ədəbiyyat == Кулинарный словарь В. В. Похлёбкина, 2002.
Espalon
Espalyon (fr. Espalion, oks. Espaliu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12096. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 25 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4341 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2598 nəfər arasında (15-64 yaş) 1880 nəfər iqtisadi cəhətdən fəal, 718 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.4%, 1999-cu ildə 71.4%).
Eskarp
Eskarp - (frans. eskarpe - kəskin eniş, dik) 1) 20-ci əsrə qədər şturm əleyhinə istifadə olunan, uzunmüddətli yaxud səhra istehkamının(bürc, fort)daxili kəskin enişli xəndəyi. 2) düşmənə tərəf çevrilmiş və 14%-dən 45% qədər kəskinliyi olan, hündürlüyün (çay qırağı) dik enişinin (2-3 metr) hündürlükdə pilləvari formada qazılması ilə torpaqdan tank-əleyhinə müdafiə xəndəyi. İkinci dünya müharibəsi ərəfəsində sərhəd möhkəmləndirilmiş istehkamları sistemində, İkinci Dünya müharibəsində isə müdafiə hüdudlarının yaradılmasında istifadə edilib. Eskarpların fasları pulemyot və artilleriya atəşi ilə qorunurdu, civarları minalanırdı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh.
Eskulap (qrup)
Eskulap — Azərbaycan rok qrupu. == Tarixi == Rafiq Babayev "Eskulap" qrupunu 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib: Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vaiz Səmədov (vokal), Əli Babayev (piano), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan). "Eskulap" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi. 1966-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda Vaiz Səmədov vokalçılar arasında birinci yerə layiq görülür. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında "Eskulap" 2-ci yeri "Eksperiment OK" qrupu ilə bölüşür. 1969 və 1971-ci illərdə "Qızıl Payız" festivallarının laureatı olan qrup üzvləri diplom və medalla təltif edilir. 1971-ci ildə "Gün keçdi" filmində ekranlarda görünən, həmin dövrdə keçirilən bir çox müsabiqə və festivallarda iştirak edən "Eskulap" qrupu 1972-ci ildən fəaliyyətini dayandırır.
Eskulap dırmanantəlxəsi
Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Görünüşü == Uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir. == Yayılması == Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir. == Həyat tərzi == Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insnların çox olduğu ərazilərdən qaçırlar.
L'Eskal
L'Eskal (fr. L'Escale, oks. L'Escala) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1255 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 808 nəfər (15-64 yaş) arasında 551 nəfər iqtisadi fəal, 257 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) idi. Fəal 551 nəfərdən 497 nəfəri (254 kişi və 243 qadın), 54 nəfəri işsiz (19 kişi və 35 qadın) idi.