Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yubiley
Yubiley (film, 1944) —
Yubiley (1989)
Yubiley (1990)
Kinolent Ümumittifaq Elmi-Tədqiqat və Qaz Layihə İnstitutunun yaradılmasının 25 illik yubileyinə həsr olunmuşdur. Burada institutun yaranma tarixindən, onun fəaliyyətindən, elmi işlərindən, ölkəmizin digər elmi-tədqiqat institutları ilə əlaqələrindən danışılır. Film Ümumittifaq Elmi-Tədqiqat və Qaz Layihə İnstitutunun (ÜİETQLİ) sifarişi ilə çəkilmişdir. Rejissor : Vaqif Azəryar Ssenari müəllifi : Asim Cəlilov Operator : Amin Novruzov Səs operatoru : Əsəd Əsədov Ümumittifaq Elmi-Tədqiqat və Qaz Layihə İnstitutu (ÜİETQLİ) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Müəmmalı yubiley
Film bir istirahət mərkəzində baş verən məzəli əhvalatlardan bəhs edir.
UEFA Yubiley Mükafatları
UEFA Yubiley Mükafatları – UEFA-nın yaranmasının 50 illik münasibətiylə verilən mükafat. UEFA 2004-cü ildə ona bağlı olan federasiyalardan son 50 ilə damğa vurmuş futbolçuların adını seçməsini istədi. Federasiyaların seçdiyi 52 futbolçu 2003-cü ildə (1954–2003) UEFA tərəfindən mükafatlandırıldı. Qalib olmuş 52 futbolçu həmçinin Qızıl oyunçular kimi də tanınır. Qaliblərin adı 2003-cü ilin noyabr ayında açıqlandı və UEFA tərəfindən rəsmən tanındı.
Yubiley (film, 1989)
Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin baş tutmayan yubileyinə həsr olunmuş bu filmdə sənətkarın həyatının tamaşaçılara məlum olmayan dramatik məqamları öz əksini tapmışdır.
Yubiley (film, 1990)
Kinolent Ümumittifaq Elmi-Tədqiqat və Qaz Layihə İnstitutunun yaradılmasının 25 illik yubileyinə həsr olunmuşdur. Burada institutun yaranma tarixindən, onun fəaliyyətindən, elmi işlərindən, ölkəmizin digər elmi-tədqiqat institutları ilə əlaqələrindən danışılır. Film Ümumittifaq Elmi-Tədqiqat və Qaz Layihə İnstitutunun (ÜİETQLİ) sifarişi ilə çəkilmişdir. Rejissor : Vaqif Azəryar Ssenari müəllifi : Asim Cəlilov Operator : Amin Novruzov Səs operatoru : Əsəd Əsədov Ümumittifaq Elmi-Tədqiqat və Qaz Layihə İnstitutu (ÜİETQLİ) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Müəmmalı yubiley (film, 2007)
Film bir istirahət mərkəzində baş verən məzəli əhvalatlardan bəhs edir.
"Aşıq Ələsgər – 200" yubiley medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı əsasnamə təsdiq edilsin 30 iyun 2017-ci ildə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. == Təsviri == Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı və ona halqa və ilgək vasitəsilə birləşdirilmiş diametri 37 mm, şuaları olan səkkizguşəli lövhədən ibarətdir.
"Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı
"Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Əsasnaməsi == "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalının Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2008-ci il tarixli 639-IIIQ nömrəli Qanunu ilə təsdiq edilib. == Təsviri == "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2008-ci il tarixli 639-IIIQ nömrəli Qanunu ilə təsdiq edilib.
"Sovet milislərinin 50 illiyi" yubiley medalı
"Sovet milisinin 50 illiyi" yubiley medalı- SSRİ Ali Sovetinin 20 noyabr 1967-ci il tarixli qanununa əsasən təsis edilmiş medal.
"Sovet polislərinin 50 illiyi" yubiley medalı
"Sovet milisinin 50 illiyi" yubiley medalı- SSRİ Ali Sovetinin 20 noyabr 1967-ci il tarixli qanununa əsasən təsis edilmiş medal.
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal. == Təltif edilənlər == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər. == Taxılma qaydası == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır. == Medalın ümumi təsviri == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir. Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir. Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə "Azərbaycan", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır. Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə "10" rəqəmi yerləşdirilmişdir. "10" rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605–IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. == Əsasnaməsi == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci il iyunun 26-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. == Medalın təsviri == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir. Relyefli şüalar və mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin relyefli emblemi təsvir edilmişdir. Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda qövs boyunca "Silahlı Qüvvələri" sözləri həkk edilmişdir. Aypara və ulduz ağ rəngdədir. Lent üzərində emblemdən sol tərəfdə "1918", sağ tərəfdə isə "2008" rəqəmləri yazılmışdır. Medalın mərkəzdən aşağı hissəsində ortada ağ rəngdə "90" rəqəmi yerləşdirilmişdir.
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. == Təsviri == 1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızılı suya çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2018-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsis edilmişdir. == Əsasnamə == "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalının əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2018-ci il tarixli 432 nömrəli Fərmanı ilə tətbiq edildi. 'Maddə 1. Təltif edilən şəxslər' "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə 2019-cu il avqustun 18-nə qədər müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd mühafizə orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd mühafizə orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. == Təsviri == "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2018-ci il tarixli 432 nömrəli Fərmanı ilə tətbiq edildi. 'Maddə 1. Medalın ümumi təsviri' "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm. olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. 'Maddə 2.
"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı
"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnaməsi == "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2009-cu il avqust ayının 18-dək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və Dövlət Sərhəd Xidmətinin inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir. Medal diametri 36 mm olan qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın ön tərəfinin içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairə dəniz dalğası (Pantone 3298 °C) rəngindədir. Birinci dairədə yuxarı qövs boyunca qızılı rəngdə "AZƏRBAYCAN", aşağı qövs boyunca "SƏRHƏD MÜHAFİZƏSİ" sözləri, sağ və sol tərəflərdə qızılı rəngdə səkkizguşəli ulduzlar həkk olunmuşdur. Medalın ikinci dairəsi ağ rəngdə olmaqla, mərkəzində yuxarıda qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən aşağıda "1919–2009" və "90" rəqəmləri həkk olunmuşdur.
"Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı
"Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
"Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi" yubiley medalı
"Qazaxıstan Respublikasının müstəqilliyinin 25 ili" yubiley medalı (qaz. Қазақстан Республикасының тәуелсіздігіне 25 жыл ) — Qazaxıstan Respublikası Prezidentinin 28 sentyabr 2016-cı il tarixli 344 nömrəli Fərmanı əsasında təsis edilmiş Qazaxıstan Respublikasının dövlət mükafatıdır. == Medal qaydaları == Yubiley medalı Qazaxıstan Respublikası vətəndaşlarına və Qazaxıstan Respublikasının dövlətçiliyinin formalaşmasına, suverenliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. Yubiley medalının verilməsi üçün namizədlər parlament, hökumət, nazirliklər, digər mərkəzi dövlət orqanları, bölgələrin və ya Astana və Almatı şəhərlərinin bələdiyyə başçıları, habelə ictimai təşkilatlar tərəfindən təqdim olunur. Yubiley medalı dövlət başçısı tərəfindən təqdim olunur. Dövlət başçısının adından və adından medal Qazaxıstan Respublikasının Dövlət katibi, vilayətlərin və ya Astana və ya Alma-Ata şəhərlərinin bələdiyyə başçıları, habelə Qazaxıstan Prezidenti tərəfindən səlahiyyət verilmiş digər vəzifəli şəxslər tərəfindən verilə bilər. . Yubiley medalının təqdimatı təntənəli şəraitdə həyata keçirilir. Medal alana şəxsən təqdim olunur. Təqdimatdan əvvəl Qazaxıstan Respublikası Prezidentinin mükafatlandırılması haqqında Fərmanı elan edilir. Medalla birlikdə alıcıya müəyyən edilmiş formada bir sertifikat verilir.
"SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 18 dekabr 1957-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı - SSRİ Ali Sovetinin 26 dekabr 1967-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 28 yanvar 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı" medalı — 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin 70 illik yubileyi münasibətilə təsis olunmuşdur.
Bubilər
Bubilər, fernandlılar , yediyelər , adiyyalar , adicalar (özlərini bubi , bube adlandırırlar) — Ekvatorial Qvineyada bantu qrupundan xalq. == Yayılmaları == Bioko adasının yerli əhalisi. Sayları 49 min nəfərdir (2005). Şimali (nelər, sakatolartolar) və cənubi (abbalar, loketolar, biomalar, tetelər, rekalar) Bubilərə bölünürlər. Bantu dillərinin A zonasına aid edilən və şimal, cənub-qərb, cənub-şərq dialektləri olan bube dilində danışırlar. == Dinləri == Dindarları, əsasən, xristiandır, ənənəvi inanclarını saxlayanlar da var. == Kənd təsərrüfatı == Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyi, ovçuluq, balıqçılıqdır; ağac üzərində oyma sənəti inkişaf etmişdir (8–10 dili olan, zəngin həndəsi naxışlı zınqırovlar – leyebo musiqi aləti səciyyəvidir). Avropalıların gəlişinə (15 əsr) qədər metaldan istifadə etmirdilər, əmək alətlərini daşdan düzəldirdilər. Böyük ailələr, ana xətti ilə qohum nəsillər və gizli cəmiyyətlər saxlanılır. Folklorları nəğmə, nağıl və atalar sözündən ibarətdir.
Builər
Builər — bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri. == Yayılmaları == Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır. Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar.
Udilər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.
Utilər
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri. İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş, digər tədqiqatçılar – S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M.Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir. 1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış, gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir. Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda, Bərdə zonasında, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında və Azərbaycanın şimal – qərbində. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.
Xubilay
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq, Yuan) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Jubilee
Jubilee — ABŞ alternativ pop qrupu Japanese Breakfast-in üçüncü studiya albomu. 4 iyun 2021-ci ildə Dead Oceans tərəfindən buraxılıb.
Kubilay
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq, Yuan) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur. Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Hiley
Hiley (q.yun. Ὑλεὺς) — qədim yunan mifologiyasında Kalidoniya qaban ovunda iştirak edən qəhrəmanlardan biri. Ovçular vəhşi heyvanı mühasirəyə alan zaman Hiley və Ankey onun tərəfindən öldürülmüşdür.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Kubilay xan
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq, Yuan) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Qubilay qaan

Qubilay xan

Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Kubilay Aka
Kubilay Aka (12 aprel 1995, İstanbul) — Türkiyəli aktyor. == Həyatı == Kubilay Aka, 12 aprel 1995-ci ildə İstanbulda anadan olmuşdur. Anadolu Universiteti’ten məzun olduktan sonra aktyorluq təhsili aldı. İlk olaraq "Vatanım Sensin" adlı serialda Ali Kemal’i canlandırmışdır.
Dantenin yubileyi
Dantenin yubileyi — yazıçı Anarın öz ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadə ilə birgə rejissoru olduğu film. == Məzmun == Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu, sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır. == Film haqqında == Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film hər iki rejissorun Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk işidir. Kinolent Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.