Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqtöbe
Aqtöbe / Ağtəpə (qaz. Ақтөбе; rus. Актобе́) — Qazaxıstanın eyni adlı vilayətinin paytaxtı. == Adı == Aqtöbe toponimi ağ təpə deməkdir.
Adobe
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Aqtöbe (dəqiqləşdirmə)
Aqtöbe — Aqtöbe vilayətin paytaxt şəhəri. Aqtöbe vilayəti — Qərbi Qazaxıstan regionda vilayət. Aqtöbe FK — Aqtöbe şəhərin futbol klubu.
Aqtöbe (şəhər)
Aqtöbe / Ağtəpə (qaz. Ақтөбе; rus. Актобе́) — Qazaxıstanın eyni adlı vilayətinin paytaxtı. == Adı == Aqtöbe toponimi ağ təpə deməkdir.
Aqtöbe FK
Aktobe FK — Qazaxıstanın futbol klubu == Tarixi == 1967-ci ildə yaradılıb. == Uğurları == 3 dəfə Avropa kuboklarında iştirak edib.
Aqtöbe vilayəti
Aqtöbe vilayəti (qaz. Ақтөбе облысы) — Qərbi Qazaxıstan regionda vilayət. == Sərhədləri == şimalda - Rusiya Federasiyasının Orenburq vilayəti ilə; şimal-şərqdə - Qazaxıstanın Qostanay vilayəti ilə; cənub-şərqdə - Qazaxıstanın Karağandı və Qızılorda vilayətləri ilə; cənubda - Özbəkistanın Qaraqalpaqıstan Respublikası ilə; cənub-qərbdə - Qazaxıstanın Manğıstau vilayəti ilə; qərbdə - Qazaxıstanın Atırau vilayəti ilə; şimal-qərbdə - Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ilə.
Adobe Dreamweaver
Dreamweaver ([drimvi'ver]) — Adobe şirkəti tərəfindən istehsal edilən HTML-WYSIWYG redaktoru. Proqram, 8-ci versiyasına qədər (2005-ci il) Macromedia şirkəti tərəfindən istehsal olunurdu. Növbəti versiyalar, Dreamweaver CS3-dən (2007-ci ildən) başlayaraq, Adobe şirkəti tərəfindən istehsal olunur. Zəngin alətlər dəsti, hər cür əlavələrin quraşdırılması, rahat interfeys və başqa xüsusiyyətlərinə görə Dreamweaver dünyanın ən məşhur HTML-redaktorlarından biridir. == Versiyalar == Proqramın məşhurluğu 2002-ci ildə Macromedia şirkəti tərəfindən buraxılmış MX versiyasından başlayaraq artdı. Əvvəlki 1 — 4 versiyaları 5 şirkət tərəfindən istehsal olunun. Proqramın 7-ci versiyası Dreamweaver MX 2004 adlandırıldı. 2005-ci ildə Macromedia Dreamweaver 8 istehsal olundu. 20 aprel 2007-ci ildə artıq Adobe şirkəti Dreamweaver CS3 adlı daha yeni versiyanı istehsal etdi. Dreamweaver CC versiyası cari ilin sonuncu versiyasıdır.
Adobe Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Adobe Photoshop
Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur . Adobe Photoshop dizayn və qrafik proqramlar arasında liderlik edən çoxistiqamətli peşəkar proqramdır. Photoshop məhdudiyyətsiz imkan, yüzlərlə alət, minlərlə funksiya, milyonlarla effektlər deməkdir. Photoshop proqramının köməyilə müxtəlif açıqcalar, kollajlar, kitab, jurnal və s. üçün cild, veb-səhifələr üçün şablonlar, şəkillər üzərində retuş əməliyyatlarını yerinə yetirmək olar. 'Adobe Photoshop', piksel əsaslı görünüş, şəkil və fotoşəkil təşkil bir tək forma olan, Adobe Systems 'in ədədi Foto emal proqram idir. Vektorial əməliyyatlarda və yazı işləmə mövzusunda da bəzi qabiliyyətləri olmaqla birlikdə, bazar lideri olmasını təmin edən xüsusiyyəti bit şəkil işləmə funksiyasını də daşıyan Photoshop; şübhəsiz kompüter dünyasının ən qüvvətli yazılımlarındandır. Photoshop CS2 buraxılışına etibarən, "Smart Object" (Ağıllı Obyekt) adında inkişaf etdirilmiş, vektorial məlumatların keyfiyyəti pozulmadan Photoshop mühitinə köçürülməsini təmin edən bir sistem ilə istifadəçilərə böyük bir asanlıq təmin edilmişdir.
Adobe Systems
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Gökcə Pəhlivanoğlu
Gökcə Pəhlivanoğlu — Türkiyə rejissoru. Gökcə Pəhlivanoğlu 1984-cü ildə İstanbulda anadan olub. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Sinema TV bölümünün məzunudur. Əlavə olaraq fotoqrafiya ilə məşğuldur. "Trident" (2004), "Çıma" (2004), "Zincirləmə film tamlaması" (2005) filmlərinin rejissorudur. 2003-2004-cü illərdə bir çox filmlərdə prodüser-dizayner və fotoqraf kimi çalışıb. "Trident" filmi 2004-cü ildə İstanbul Qısa Filmlər Festivalında, "Çıma" Metro Qroum Qısa Filmlər yarışmasında 4-cü mükafatı qazanıb. "Zincirləmə film tamlaması" isə Beynəlxalq İzmir Qısa Filmlər Festivalının finalçısı olmuşdur. Bundan başqa həmin film Antalya Altun Portağal Film Festivalının Qısa Film yarışmasında iştirak etmiş, Akbank Qısa Filmlər Festivalının finalçısı olmuşdur.
Gökçe Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Gökçə Akyıldız
Gökçə Akyıldız (30 oktyabr 1992) — Türk aktrisa. == Həyatı == Gökçə Akyıldız, 30 oktyabr 1992-ci ildə Sinopda anadan olmuşdur. Haliç Universiteti məzunudur. İlk olaraq "Bir Tutam Baharat" adlı filmdə Saime’yi canlandırmışdır. == Şəxsi həyatı == 2017-ci ilin iyul ayında Mustafa Özyurt ilə evlənmiş, 2020-ci ilin avqust ayında isə boşanmışdır.
Gökçə Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Nüsrət Gökçə
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. == Həyatı == Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Qombe ştatı
Qombe ştatı (ing. Gombe State) — Nigeriyanın Şimal-şərgi geosiyasi zonasında ştat.
Qömbə (Askın)
Qömbə (başq. Гөмбә, rus. Гумбино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 7 km, kənd sovetliyindən (Kaşka): 47 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 142 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.
Adobe Illustrator
Adobe Illustrator — Adobe Systems tərəfindən hazırlanmış və bazara çıxarılan vektor əsaslı bir rəsm proqramıdır. O, hazırda Creative Cloud paketinin bir hissəsi kimi mövcuddur və ya ayda 33,99 dollara almaq olar. Adobe Illustrator əsasən loqo və vektor dizaynı, həmçinin şriftlərin redaktəsi üçün də istifadə olunur. == Tarixi == Adobe Illustrator ilk dəfə 1986-cı ildə Apple Macintosh üçün hazırlanmış və 1987-ci ilin yanvarında Adobe şirkətinin daxili şrift inkişaf etdirmə proqramının və PostScript fayl formatının kommersiyalaşdırılması kimi istifadəyə verilmişdir. Adobe Illustrator Adobe Photoshop-un köməkçi məhsuludur. Photoshop ilk növbədə rəqəmsal foto manipulyasiyasına və kompüter illüstrasiyasının fotorealistik üslublarına yönəldilmişdir; Digər tərəfdən Illustrator dizaynın yazı və loqoqrafik sahələrində daha yaxşı nəticələr verir. === İlk buraxılışı === Illustrator-un təqdimatı bir çox cəhətdən qumar oyunu idi: Macintosh'un bazar payı yüksək deyildi, Illustrator sənədlərini çıxara bilən yeganə printer Apple'ın öz LaserWriter'i idi, o, həm də çox yeni və bahalı idi və Bezier əyrilərinin rəsm paradiqması əsas istifadəçilər üçün yeni idi. Illustrator Macintosh üçün daha böyük monitorlar hazırlamağa kömək etdi. Lakin Illustrator etibarlı və bacarıqlı məhsul idi və onun nisbətən dayaz öyrənmə əyrisi istifadəçilərə yeni paradiqmanın nəinki daha yaxşı olduğunu tez başa düşməyə imkan verdi, həm də nəhayət MacDraw kimi mövcud proqramların yaratdığı qeyri-müəyyənlik problemini həll etdi. O, həmçinin AutoCAD kimi yüksək səviyyəli proqram təminatını nə ödəyə bilməyən, nə də öyrənə bilməyən insanlar üçün alternativ bir alət kimi təqdim olundu.
Adobe InDesign
Adobe InDesign – Adobe Systems tərəfindən istehsal olunan masaüstü nəşriyyat (DTP) proqram təminatı. == Tarixi == InDesign QuarkXPress-in birbaşa rəqibidir. Bu, 2002-ci ildə ilk Mac OS X yerli masaüstü nəşriyyatı (DTP) proqramı idi. Bundan əlavə, InDesign CS və InDesign CS2 Creative Suite-də Photoshop, Illustrator və Acrobat ilə birlikdə fəaliyyət göstərir. InDesign sənədləri Adobe'nin Portativ Sənəd Formatında (PDF) ixrac edir və çoxdilli dəstəyə malikdir. Bu, mətnin göstərilməsi üçün Unicode, OpenType şriftləri ilə təkmil mətbəə, qabaqcıl şəffaflıq xüsusiyyətləri, tərtibat üslubları, optik kənar hizalanması və JavaScript`dən istifadə edərək platformalararası skriptləri dəstəkləyən ilk DTP tətbiqi idi. InDesign Adobe'nin öz PageMaker'inin varisi olan alternatividir. Dizaynerlər dövri nəşrlərin, afişaların və çap mediasının yaradılması və redaktə edilməsində əsas istifadəçilərdir; lakin daha uzun sənədlər hələ də FrameMaker (dərsliklər, texniki sənədlər və s.) və ya QuarkXPress (kitablar, kataloqlar və s.) ilə tərtib edilir. Əlaqəli verilənlər bazasından istifadə edərək, InDesign və Adobe InCopy mətn prosessoru InDesign ilə eyni formatlaşdırma mühərrikindən istifadə edir. Proqramın sonrakı versiyaları yeni fayl formatlarını təqdim etmişdir.
Adobe XD
Adobe XD (həmçinin Adobe Experience Design kimi tanınır), Adobe Inc. tərəfindən hazırlanmış, veb və mobil proqramlar üçün vektor dizayn vasitəsidir. O, macOS və Windows üçün əlçatandır və işin nəticəsini birbaşa mobil cihazlarda görməyə kömək edəcək iOS və Android versiyaları da mövcuddur. == Tarixi == Adobe sonuncu dəfə 2015-ci ilin oktyabrında Adobe MAX konfransında "Project Comet" adı altında yeni interfeys dizaynı aləti hazırladıqlarını elan etdi. Bu, 2010-cu ildə buraxılmış vektor redaktoru olan Sketch-in artan populyarlığına cavab idi. macOS üçün ilk ictimai beta 14 mart 2016-cı ildə Adobe hesabı olan hər kəs üçün "Adobe Experience Design CC" olaraq buraxıldı. Adobe XD-nin beta versiyası Windows 10 üçün 13 dekabr 2016-cı ildə buraxıldı. 18 oktyabr 2017-ci ildə Adobe Adobe XD-nin betadan çıxdığını elan etdi. Adobe XD 22 iyun 2023-cü il tarixindən etibarən satışını dayandırıb. == Xüsusiyyətləri == Adobe XD mobil və veb proqramlar üçün istifadəçi interfeysləri yaradır.
TAI T625 Gökbey
TAI T625 və ya Gökbey T-625 və Türkiyə Silahlı Qüvvələri və mülki aviasiya sahəsində Türkiyənin coğrafi və iqlim şəraitinə uyğun olaraq istifadə edilməsi üçün, türk mühəndisləri tərəfindən konstruksiya edilən, inkişaf etdirilən Türk Aerokosmik Sənayesinin obyektlərində hazırlanan və istehsal olunması planlaşdırılan ümumi təyinatlı helikopterdir. Orijinal helikopterin gələcəkdə UH-1 və təcili yardım helikopterlərini əvəz etməsi planlaşdırılır. == Konstruksiya və inkişafı == TAI 2010-cu ildə orijinal yerli ümumi təyinatlı helikopter üçün ilkin konstruksiya işlərinə başlamışdır. 6 tonluq ümumi təyinatlı helikopter layihəsi üçün Orijinal Helikopter Proqramı Sazişi 26 iyun 2013 tarixində imzalanmışdır və proqram cədvəli 6 sentyabr 2013-cü ildən etibarən tətbiq edilmişdir. Türk Aerokosmik Sənayesi Alp aviasiya, eniş dəsti, ötürücü qutusu və dinamik komponentlərin istehsalı və yığılmasına cavabdeh olarkən, İspaniyanın CESA şirkəti hidravlik sistemləri təmin etmək üçün seçilmişdir. T625-in əvvəlcə 5 ton ağırlığında olacağı gözlənilirdi və 2 ədəd LHTEC CTS800 mühərrikindən istifadə edilməsi nəzərdə tutulurdu. LHTEC CTS800, TUSAŞ T-129 Attack vertolyotunda da istifadə edildiyi üçün seçilmişdi. Ancaq yerli mühərrik şirkəti TEI tərəfindən yeni nəsil TS1400 mühərrikinin inkişafına başlanıldı. Vertolyotun birinci dəfə ictimaiyyətə təqdim edilməsi 5 sentyabr 2014 tarixində Ankarada təşkil edilmiş Yerli Vertolyotun Sənayeləşməsi Yığıncağında edilmişdir. T-625 ilk prototip uçuşunu 6 sentyabr 2018-ci ildə etmişdir.
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. == Həyatı == Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar.
Qombe şimpanze müharibəsi
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır. Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. == Arxaplan == Müharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.