Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağamoğlan Kərimov
Fərid Ağamoğlanov
Fərid Ağamoğlanov (27 iyul 1994) — Azərbaycanlı boksçu və kikboksçu. Ədliyyə Nazirliyi çavuşu == Karyera == Fərid 2010-cu ilin sentyabr ayında Belqradda 51 kq-a qədər ağırlıq dərəcəsində (full kontakt) gənclər arasında dünya çempionatının bürünc mükafatçısı oldu. 2019-cu ilin aprel ayında "Qəbələ" klubunu təmsil edərək Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq boks turnirinin bürünc mükafatçısı oldu. İkinci Qarabağ müharibəsində iştirak edib. "Cəbrayılın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. İdmançı 2022-ci ilin avqust ayında Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı. Həmin ilin noyabrında o, Antalyada keçirilən Avropa çempionatının bürünc medalını qazanır və bununla da 3-cü Avropa Oyunlarına lisenziya qazanmış olur. Fərid 2023-cü ilin iyun ayında Krakovda keçirilən 3-cü Avropa Oyunlarında iştirak edərək, finalda İtaliya təmsilçisi Damiano Tramontana üzərində qələbə çalır və bununla Azərbaycana qızıl medal qazandırır.
Atamoğlan Məmmədli
Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti. == Həyatı == Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında dosent kimi fəaliyyət göstərir. == Əmək fəaliyyəti == 1986 — BDU tədris hissəsinin əməkdaşı, 1989 — Asiya və Afrika ölkələri kafedrasının müəllim, baş müəllim, dosenti, 1998-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir. Apardığı dərslər – Asiya və Afrika olkələri tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, İran tarixi, Pakistan tarixi, İsrail tarixi, Koreya tarixi 40 məqalənin, 3 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Atamoğlan Rzayev
Atamoğlan Rzayev (1912 – 2 dekabr 1966) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Ağaoğlan Xəlilov
Ağaoğlan Xəlilov (Xəlilov Ağaoğlan Ağanəbi oğlu; d. 1915 – ö. 2005) — Azərbaycan alimi. "Xəlilov açarı" 1956-cı ildə Ağaoğlan Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.
Ağoğlan
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Ağoğlançay — Həkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Ağoğlan (Laçın) — Laçın rayonunda kənd. Ağoğlan monastırı — Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində bazilika. Ağoğlan qalası — Amaras monastırının yerləşdiyi qala. Ağoğlan piri — Cəbrayıl rayonu Şahvəlli və Əfəndilər kəndindən üç kilometr aralıqda yerləşən pir. Ağoğlan qapısı — Şuşa qalasının üç əsas qapısından biri Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah.
Ağcaoğlan (Marağa)
Ağcaoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 26 km şimal-şərqdədir.
Ağoğlan (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur. Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan dağı
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Türk dillərində "oğlanak" — "kiçik oğlan, kiçik şahzadə" deməkdir. Müqəddəs dağ sayılır.
Ağoğlan monastırı
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan məbədi

Ağoğlan piri
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Ağoğlan qapısı
Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncə və İrəvan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə (rus.
Ağoğlan türbəsi
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Ağoğlan çayı
Ağoğlançay — Həkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Yuxarı axarında Minkənd və ya Əhmədli, aşağı axarında isə Zabux adlanır. Adını ərazidəki eyniadlı Ağoğlan dağından almışdır. Ağoğlançay öz mənbəyini Minkənd ərazisindən götürür və Laçın şəhərinin cənubunda və Zabux kəndinin cənub-şərqində Həkəri çayına tökülür.