Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağcaqovaq
Ağcaqovaq (bitki) — Söyüd fəsiləsinə adi bitki növü. Ağcaqovaq (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Ağcaqovaq (Ağdaş)
Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var. == Tarixi == Kənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Ağcaqovaq (bitki)
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Yalançı ağqovaq
== Ümumi yayılması == Rusiya, Gürcüstan, Kiçik Asiya, Əfqanıstan, Çin və Himalayda təbii arealları vardır. == Azərbaycanda yayılması == Böyük Qafqaz (Quba sahəsi) – Samur Dəvəçi ovalığı Kür düzənliyi Kür-Аraz ovalığından aşağı dağ qurşağına qədər yerləşən ərzilərdə, çayların sahillərində təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer == Dəniz səviyyəsindən aşağı dağ qurşağına qədər ərazilərdə rütubətli çay sahələrində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Qışda yarpaqlarını tökən, tezböyüyən iri gövdəli, çətiri ağacdır. Uzanmış zoğların yarpaqları Populus hybrida növündə olduğu kimidir. Gövdələrinin qabığı çat-çatdır, tünd boz və ya qonur boz rəngədədir. Tumurcuqlarında çoxlu pulcuq vardır, çox vaxt yapışqanlı və ətirlidir. Qısa zoğların yarpaqları meyvə gətirdiyi dövrdə alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx narın keçətüklüdür.
Qaraqovaq
Qaraqovaq — (lat. Populus nigra L.) — Söyüd fəsiləsinə adi bitki növü. == Ümumi yayılması: == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. Azərbaycanda yаyılmаsı: Qubada, Naxçıvan MR-nın dağ və düzən yer-lərində, Diabar, Samur Dəvəçi ovalığı, St.yaylası, Alazan-Əyriçay çökəkliyində, Kür-Araz düzənliyi və ovalığında təbii hаldа yаyılmışdır. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yеr: == Arandan başlayıb оrtа dаğ qurşağına qədər tuqay mеşələrində, çаy sаhili bоyuncа rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır.