Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antigen
Antigenlər (yunan dilindən “anti” - əks + “genes” – doğan) - orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir. == Xassələri == Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlər antitelllərlə və hüceyrə ilə öz molekullarının bir-birinə toxunan müəyyən bir hissəsi vasitəsilə qarşılıqlı təsirə məruz qalırlar. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir.
Sanzigen
Sanzigen (サンジゲン, Sanjigen) – kompüter animasiyası sahəsində ixtisaslaşmış Yaponiya anime studiyası. Studiyanın əsası əslində 2003-cü ildə qoyulmuş, lakin 2006-cı ildə Gonzo studiyasının keçmiş əməkdaşları tərəfindən tam formalaşdırılmışdır. 2011-ci ildə Trigger, Ordet və Liden Films studiyaları ilə birlikdə Ultra Super Pictures şirkətini formalaşdırmışdır. Studiyanın adı yapon dilində "üçölçülü" mənasını verən sanjigen (三次元) sözündən qaynaqlanır. 009 Re:Cyborg Arpeggio of Blue Steel BanG Dream! BanG Dream! It's MyGO!!!!! Black Rock Shooter Bubuki Buranki D4DJ All Mix D4DJ First Mix From Argonavis ID-0 Ishura Miss Monochrome Monster Strike New Initial D (anime filmi) Sakura Wars: The Animation The Heroic Legend of Arslan Wooser's Hand-to-Mouth Life Rəsmi saytı. (yap.) Sanzigen Twitter-də.
Zigen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Ziqen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Ağzirət piri
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah. Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var.
Adigen bələdiyyəsi
Adigeni (gürc. ადიგენის მუნიციპალიტეტი) — Gürcüstanın cənubundaki Samsxe-Cavaxeti bölgəsində yerləşir. Ərazisi təxminən 799,6 km2-dir. 2014-cü ildən etibarən 16,462 nəfər əhalisi var.
Ağmiyan (Ağmivən, İran)
Ağmiyan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsində, Ağmivən kəndistanında, Sərab şəhərdən 8,5 km şimal-şərqdə, Sərab-Təbriz avtomobil yolunun 3 kilometrliyindədir.
Ağzivər sultan Şamlı
Ağzivər sultan Dəmri sultan oğlu Şamlı (?-1534) — qızılbaş sərkərdəsi, Herat hakimi. == Həyatı == Ağzivər sultan Dəmri sultan oğlu Şamlı elinin Bəydili oymağındandır. Durmuş xan Şamlıdan sonra I Şah İsmayıl Səfəvinin oğlu Sam mirzənin lələsi olmuşdu. Əvvəlcə Nişapurun, sonra Herat əyalətinin hakimi idi. Dəfələrlə özbəklərə qarşı vuruşmuşdu. 1532-ci ildə Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xan Təkəlini və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə Sam mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu. 1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu. Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar sultan mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı.
Giqen zirvəsi
Giqen zirvəsi (bolq. връх Гиген, ‘Vrah Gigen’ \'vr&h gi-'gen\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 1092 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Benz aşırımından cənubda, Russell İst buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə şimali Bolqarıstanda yerləşən Giqen şəhərinin adını daşıyır. == Yerləşməsi == Giqen zirvəsi 63°41′19″ c. e. 58°24′53″ q. u. koordinatlarında yerləşmişdir.