Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə– proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yuxarıda və aşağıda (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Saqiyan
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. == Tarixi == Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. == Əhalisi == Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Amo Sagiyan
Amo Sagiyan (erm. Համո Սահյան, əsl adı Amayak Saakoviç Qriqoryan; 14 aprel 1914, Lor, Zəngəzur qəzası – 17 iyul 1993, İrəvan) — sovet və erməni şairi. == Həyatı == 14 aprel 1914-cü ildə Rusiya imperiyasının Lor kəndində kəndli ailəsində anadan olmuşdur. Vətənində ibtidai təhsili aldıqdan sonra orta təhsilini Bakıda aldı, Böyük Vətən Müharibəsindən əvvəl isə Bakı Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) linqvistika şöbəsini bitirdi. 1939-1941-ci illərdə Bakıda "Sovet yazıçısı" jurnalında ədəbiyyatçı kimi çalışmışdır. Müharibə iştirakçısı olan Amo Sagiyan Xəzər flotiliyasında xidmət etmişdir. Müharibədən sonra erməni yazıçısı Stefan Zoryanın dəvəti ilə İrəvana gəldi və bir müddət onun evində yaşadı. Ömrünün sonuna qədər İrəvanda yaşayıb işlədi. 1946-cı ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu. 17 iyul 1993-cü ildə İrəvanda vəfat etdi.