Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşağılıq kompleksi
Natamamlıq kompleksi — insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusu. Natamamlıq kompleksi müxtəlif səbəblərdən yarana bilər: ayrı-seçkilik, mənəvi travma, uğursuzluq, şəxsi səhvlər və s. Termini elmə ilk dəfə Alfred Adler daxil etmişdir.
Abaçılı (Urmiya)
Abaçılı və ya Aşağı Abacalı (fars. اباجالوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlı kəndistanında, Urmiya şəhərindən 22,5 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (62 ailə).
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Abaşiri
Abaşiri (yap. 網走市) — Yaponiyanın Hokkaydo adasında və eyniadlı prefekturanın Oxotsk sabprefekturada yerləşən şəhər.
Başlıq
Başlıq — ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal və ya pula deyilir. Başlıq bir çox mədəniyyətin ortaq xüsusiyyətidir. Bir çox Asiya ölkəsində geniş tətbiq olunur. Adətlərimizə görə başlıq ana südünün halallığı, qızı böyüdüb ərsəyə çatdırmasının haqqı kimi oğlan evinin qız anasına verdiyi puldur. Onun məbləğini toy ərəfəsində oğlan tərəf özü müəyyən edir və o, heç bir halda geri qaytarılmır. El içində bu pula "südhaqqı" və "halallıq" da deyirlər. Tovuzda ona "süd nəməri", Qubada "xərc", başqa yerlərdə "qızpulu", "yolpulu", cənub bölgəsində isə "şirbəha" və s. deyirlər.
Georgi Abaşvili
Georgi Abaşvili (7 oktyabr 1910 və ya 8 yanvar 1910, Tiflis – 26 sentyabr 1982, Leninqrad) — Sovet hərbi lideri, vitse-admiral (1955); dəniz elmləri namizədi (1971), dosent (1965). == Bioqrafiya == 1931-ci ilin oktyabrında Sankt-Peterburq Hərbi Dəniz Məktəbinin şturman sinifini bitirir. Ştureman olaraq Volodarski (1931 oktyabr - 1932 avqust), Lenin (1932 avqust - 1934 yanvar) esmineslərində, patrul gəmilərində diviziya şturmanı (yanvar 1934 - aprel 1935), təlim gəmisinin komandir köməkçisi olaraq xidmət edir. Leningradsovet (1935 -ci il aprel - 1936 -cı il martınadək) gəmisində komandir köməkçisi, Purga patrul gəmisində isə komandir (1936-cı il mart - 1938 -ci il martınadək) işləyir. 1937-ci ildə minadaşıyan gəmilərin komandirləri üçün bir illik kursları bitirir. Sonra "Smetlivıy" (mart - sentyabr 1938), "Qnevnıy" (1938 -ci il sentyabr - 1939-cu il fevralınadək) esmineslərinin komandiri, 1-ci patrul gəmilərinin batalyon (1939-cu il fevral - 1940-cı il aprelinədək) komandiri vəzifələrini tutur. 1939-1940-cı illər Sovet-Finlandiya müharibəsinin iştirakçısı olur. Baltik Donanmasının 4-cü məhvedici batalyonunun komandiri (1940-cı ilin fevral - dekabr ayları), 1940-cı ilin dekabrından Baltik Donanmasının 2-ci esas batalyonunun komandiri olur. === Böyük Vətən müharibəsi === İkinci Dünya müharibəsinin başlaması ilə, 2-ci esmines batalyonunun komandiri olaraq, mina döşəməsini həyata keçirir. Riqa körfəzində, Ezel və Daqo adalarının müdafiəsində düşmən konvoylarının axtarışı əməliyyatlarında iştirak edir.
Abaşiri həbsxanası
Abaşiri həbsxanası (yaponca: 網走刑務所, Hepbörn: Abashiri Keimusho) — Hokkaydo prefekturasının Abaşiri şəhərində yerləşən, 1890-cı ildə açılan həbsxana. Yaponiyanın ən şimal həbsxanası Abaşiri çayının yaxınlığında və Tento dağının şərqində yerləşir. On ildən az cəza alan məhkumlar orada saxlanılırdı. Həbsxananın qədim hissələri 1983-cü ildə Tento dağının ətəyinə köçürüldü və burada ölkənin yeganə həbsxana muzeyi kimi fəaliyyət göstərir. == Tarixi == 1890-cı ilin aprelində Meici hökuməti təcrid olunmuş Abaşiri kəndinə 1000-dən çox siyasi məhbus göndərdi və onları daha cənuba bağlayan bağlayan yollar çəkməyə məcbur etdi. Abaşiri həbsxanası daha sonra özünün yetərli əkinçilik sahəsi olan həbsxana olmağı ilə tanındı və Yaponiyadakı digər başqa həbsxanalara nümunə göstərildi. Həbsxananın çox hissəsi 1909-cu ildə baş verən yanğın zamanı yanmış, lakin 1912-ci ildə yenidən qurulmuşdur. 1922-ci ildə indiki adını aldı. 1984-cü ildə həbsxana müasir dəmir-beton kompleksinə köçdü. 1965-ci ildə çəkilən Abaşiri həbsxanası filmi həbsxananın məşhur turistik məkana çevrilməsinə böyük təsir göstərmiş oldu.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.
Enriqueta Basilio
Norma Enriqueta Basilio — meksikalı yüngül atletika idmançısı. O, Olimpiadanın məşəlini yandıran ilk qadın kimi tarixə düşüb. O, 1968-ci il 12 oktyabrda Mexikoda keçirilən XIX Yay Olimpiya Oyunları zamanı məşəli daşıyan sonuncu idmançı idi. O, 80 metr məsafəyə maneələrlə qaçışda milli yüngül atletika üzrə çempionu idi. 1967-ci il Panamerika Oyunlarında o, maneələri dəf etməklə qaçış yarışlarında yeddinci olub. O, həmçinin 2004-cü il Afina Olimpiya Oyunları zamanı Olimpiya məşəlinin estafeti Mexikodan keçərkən məşəli daşıyıb.
Enriketa Basilio
Norma Enriqueta Basilio — meksikalı yüngül atletika idmançısı. O, Olimpiadanın məşəlini yandıran ilk qadın kimi tarixə düşüb. O, 1968-ci il 12 oktyabrda Mexikoda keçirilən XIX Yay Olimpiya Oyunları zamanı məşəli daşıyan sonuncu idmançı idi. O, 80 metr məsafəyə maneələrlə qaçışda milli yüngül atletika üzrə çempionu idi. 1967-ci il Panamerika Oyunlarında o, maneələri dəf etməklə qaçış yarışlarında yeddinci olub. O, həmçinin 2004-cü il Afina Olimpiya Oyunları zamanı Olimpiya məşəlinin estafeti Mexikodan keçərkən məşəli daşıyıb.
Salvia basilii
Salvia verbenaca (lat. Salvia verbenaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gallitrichum verbenacum (L.) Fourr. Horminum verbenacum (L.) Mill. Larnastyra verbenaca (L.) Raf. Salvia linnaei subsp.
Başlıq sistemi
Başlıq sistemi, raket, peyk, döyüş raketi, təyyarə, helikopter, gəmi və ya oxşar nəqliyyat vasitəsinin iki və ya üç ölçülü mühitdə başqa bir yeri tərk etməsi və gəlişinin proqramlaşdırıldığı başqa bir yerə çatmasına imkan verən elektromexaniki cihaz və ya cihazlara verilən ümumi addır. Xüsusilə hərbi terminologiyada bu termin heç bir insanın nəzarəti olmadan avtonom (muxtar) naviqasiya qabiliyyəti olan nəqliyyat vasitələri üçün istifadə olunur. İstismarında yüksək insan töhfəsi tələb edən oxşar sistemlərə naviqasiya sistemləri deyilir və bunlar başlıq sistemlərindən fərqli bir kateqoriyada qiymətləndirilirlər. == Tarixi == Başlıq sistemləri hərbi sahədə ilk dəfə İkinci dünya müharibəsində almanların hazırladığı V-1 raketində istifadə edildi. Bu raketdə istifadə olunan başlıq sistemi uçuş istiqamətini sabit saxlamaq üçün quraşdırılmış sadə bir giroskop, uçuş vaxtını və beləliklə hədəfə olan məsafəni təyin etmək üçün istifadə edilən bir sürət sensoru, hündürlüyü təyin etmək üçün istifadə edilən bir altimeter və bütün bu başlıq sistemi elementlərindən gələn məlumatları birləşdirərək emal edərək raketi hədəfə doğru istiqamətləndirmək üçün nəzərdə tutulmuş olan alt sistemlərdən ibarət idi. == İşləmə prinsipi == Başlıq sistemi üç əsas vəzifə qrupundan ibarətdir: giriş qrupu, əməliyyat qrupu və çıxış qrupu. Giriş qrupu müxtəlif antenalardan, mikrofonlardan, qəbuledicidən, kameradan, sensordan və digər xam məlumat giriş modullarından ibarət ola bilər. Əməliyyat qrupu bir və ya daha çox mərkəzi emal bölməsindən (CPU) və elektron tənzimləmə, manipulyasiya və dəstək bölmələrindən ibarətdir və funksiyası, giriş qrupu cihazlarından xammal məlumatlarını müəyyən alqoritmlərə uyğun tərtib etmək, zəruri hallarda əvvəllər yaradılmış verilənlər bazalarındakı dəyərləri və avtonom idarə olunan nəqliyyat vasitəsinin istiqamət, müəyyən bir istinad nöqtəsinə və ya hədəfə görə mövqe, sürət, sürətlənmə və s. ədədi dəyərlərini dəyişdirib-dəyişdirməmək və ya döyüş başlığını, məsələn nəqliyyat vasitəsində işə salmağın vaxtı olub olmadığını təyin etməkdir. Qəbul edilmiş qərarlar davamlı olaraq çıxış qrupu cihazlarına ötürülür.
Abaşiri Şəhər İncəsənət Muzeyi
Abaşiri Şəhər İncəsənət Muzeyi (網走市立美術館, Abaşiri Şirutsu Bicutsukan) – Yaponiyanın Hokkaydo prefekturasının Abaşiri şəhərində yerləşən incəsənət muzeyi. == Tarixi == Muzey 1972-ci ildə yerli incəsənət kolleksiyaçısı Miyaqava Tatsuo tərəfindən Yoşikazu İquşinin 38 rəsm əsərinin bağışlanılması ilə yaradılmışdır. Muzey Hokkaydodakı ikinci incəsənət muzeyi, yeni tikilmiş ilk incəsənət muzeyidir. == Xüsusiyyətlər == Muzeydə Yoşikazu İquşi və Miçio Takahaşi kimi yerli rəssamların əsərləri sərgilənir. Muzeyin əsas mövzusu Oxot mənzərələridir. Burada müasir incəsənət mövzusunda sərgilər keçirilir.