Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abləziz Vəliyev
Abləziz Vəliyev (krımtat. Ablâziz Veliyev, Аблязиз Велиев; 25 oktyabr 1939, Solnennaya Dolina[d]) — Krım tatar şairi, tərcüməçi, satirik, jurnalist və ictimai xadim; çoxsaylı şeir, mahnı və tərcümə müəllifi. Ümumilikdə onun 40-dan çox kitabı çap olunmuşdur. Krım Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi (2010), B. Çoban-zadə adına mükafatı laureatı (2008), Krım Ədəbi Akademiyasının akademiki (1993), Ukrayna Milli Yazıçılar Birliyinin üzvü (1993), Ukrayna Milli Jurnalistlər Birliyinin üzvü (1993), Krım Tatar Qələm Klubunun vitse-prezidenti (1999), Krım, Türkiyə, Kiprdə Dünya Türk şeir festivallarının iştirakçısı. == Bioqrafiyası == 25 oktyabrda (Vəliyevin özünün dediyinə görə 23 oktyabrda anadan olub) 1939-cu ildə Koz kəndində (indiki Solnennaya Dolina) Vəli Mustafayev və Əfifə Vəliyevanın ailəsində anadan olmuşdur. 1944-cü ildə dörd yaşında, anası ilə birlikdə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinə sürgün edilir. Atası Böyük Vətən müharibəsi zamanı dünyasını dəyişir. Məktəbdən çıxdıqdan sonra tibb fakültəsinin fledşer-mamaçılıq şöbəsinə daxil olur. Daşkənd tramvay və trolleybus trestinin tramvay parkında köməkçi işçi vəzifəsində çalışır. 1968-ci ildə Daşkənd Universitetinin Jurnalistika fakültəsini bitirir.
Ailəmiz (film, 2013)
Ailəmiz bədii serialı rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Premier Cinema Prodakşnda istehsal edilmişdir. Serialda ailədə heç bir yerdə işləməyən kişi və oğlu gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur. Serialda əsas rolları Əmrulla Nurullayev, Aynur Hacıyeva, Elvir Yunis, Aytən Rəsulzadə, Arzu Rzayev, Günay Əhməd, Rövşən Təhməzli və Sevinc Ağayeva ifa edirlər. == Məzmun == Bu gün cəmiyyətimizdə və ailələrimizdə sosial problemlərin olması və bundan sui-istifadə edən bəzi insanlar danılmazdır. Bu cür insanların hərəkətləri ətrafdakılara pis nümunə olmaqla yanaşı, ailələrində olan uşaqlarında tərbiyəsinə mənfi təsirini göstərir.Serialda ailədə heç bir yerdə işləməyən kişi (Əmrulla Nurullayev) və oğlu (Elvir Yunis) gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı (Aynur Hacıyeva) isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur.Film günün aktual problemlərini komediya janrında öz yozumu ilə tamaşaçılara çatdıraraq tənbəl, asan pul qazanmaq və qadınların hesabına yaşamaq istəyən kişiləri gülüş hədəfinə çevirir. == Film haqqında == Film 50 seriya çəkilməliydi, lakin 18 seriya ilə yarımçıq qaldı.