ABDİN

"Zeynalabdin" adının ixtisar forması; "Abidlərin zinəti" deməkdir.
ABDİL
ABDUL
OBASTAN VİKİ
Abdin Fərzəliyev
Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. Təhsili 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir. Ailəsi Evlidir. 2 qızı var. Atası Fərzəliyev Ələsgər Hüseyn oğlu 1938-ci ildə Şərur rayonunun Həmzəli kəndində dünyaya gəlib.
Sabir Abdin
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962, Bakı) — Azərbaycan şairi, AYB-nin üzvü. 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Tofiq Abdin
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin 1 sentyabr 1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014) — azərbaycanlı publisist, yazıçı. Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.
Abdinli
Abdinli — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abidinli kəndi Yardımlı rayonunun əhalisinə və ev tikilisi sayına görə, çox kiçik kəndlərindən biridir. Hazırda Abidinli kəndində 28 tikili ev, Yeni Abidinli kəndində isə 17 tikili ev mövcuddur. Abidinli kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənd rayon mərkəzindən şimal–qərbdə, mərkəzdən 11 km aralı məsafədə yerləşən dağ kəndlərindən biridir. Azərbaycan respublikasının dövlət sərhədinin 2 km kənarında, Savalan dağının şimal yerləşir. Kənd beş kiçik təpəciklə əhatə olunmuş, sıldırım qayaların üzərində qərar tutmuşdur. Kəndin qərb qurtaracağında, qayaların üstündə tarixi bir Qala yeri vardır. Bu Qala Azərbaycan Mədəniyyət Nazirliyinin qeydiyyatinda olmaqla Abibinli Qalası kimi 1204 nömrəsi ilə qeydiyyatdadır.[mənbə göstərin] Abidinli qalasının eni 56 metr, uzunluğu isə 100 metrdən artıqdır. Bu qala qədim Sasanilik-Atəşpərəstlik dövrünün qalalarının ehtimalları sırasındadır.
Cavad Abdinov
Cavad Şahvələd oğlu Abdinov (5 yanvar 1940, Behrud, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), həqiqi üzvü (akademik) (2014). == Həyatı == Cavad Abdinov 1940-cı il yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H. Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1966-cı ildə "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizdəlik dissertasiyasını müdafiə edib. C. Abdinov 1976-cı ildə "Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyasını müdfiə edib. Cavad Abdinov 1984-cü ildə professor adını alıb. Elmi məqalələrin sayı-283 Beynəlxalq konfranslarda iştirakının sayı-50-dən çox Xaricdə çıxmış elmi əsərlərinin sayı-200-ə yaxın İxtiraların sayı-29 Kadr hazırlığı- 26 fəlsəfə doktoru, 4 elmlər doktoru == Əsas elmi nailiyyətləri == Cavad Abdinovun əsas elmi fəaliyyəti elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi, bu əsasda istehsalata yaralı yüksək effektivli materialların və onların tətbi ilə termoelektrik və fotoelektrik çevricilərinin işlənib tətbiq edilməsidir. O bu istiqamətdə elmi məktəb yaradıb. Professor respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini — yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infrqırmızı oblastında həssas çevricilər istiqamətini yaradıb. C. Abdinov slen, keçid elementlərinin xalkogenidləri, bismut tellurid, bismut-stibium, kadmium və civə tellurudləri, qurğuşun tellurid əsasında elektron texnikası üçün çox perspektivli materialların yaradılması, bu materialların fiziki xassələrinin kompleks tədqiqi və onlar əsasında yeni yarımkeçirici çevricilərin, habelə yarımkeçiricilərin və elektron cihazlarının diaqnostikası üçün yeni fiziki metodların işlənməsi və tətbiqi sahəsindəki işləri respublikada və xaricdə geniş tanınmışdır.
Eldar Abdinov
Eldar Abdinov (Eldar Rzaqulu oğlu Abdinov; 20 aprel 1952, Ərkivan kəndi, Masallı) — 1-ci, 2-ci, 3-cü dərəcəli "Əmək şöhrəti" nişanları, "Kömür sənayesi fəxri əməkdaşı" nişanı, "Şəhər qarşısında xidmətlərinə görə" nişanı ilə təltifçisi, Qazaxıstanın Ekibastuz şəhərinin Milli Məclisinə 6 dəfə deputat seçilmişdir, Əməkdar təqaüdçü. == Həyatı == Eldar Abdinov 20 aprel 1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1958–68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970–72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd Eldar Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır. 20 il ərzində "Boqatır Akses Komir" MMC-də Yeməkxana müdiri vəzifəsində çalışıb.
Ovsat Abdinov
Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub. 1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub.
Qaziza Abdinabiyeva
Qaziza Abdinabiyeva (rus. Газиза Абдинабиева; 3 yanvar 1948 – 18 aprel 2021, Almatı) — Sovet-qazax teatr aktyoru. Abdinabiyeva 3 yanvar 1948-ci ildə Sovet İttifaqı (indiki Qırğızıstan) Syrdariya Bölgəsində anadan olub. 1968-ci ildə başladığı teatr karyerasına 2021-ci ildə vəfat edənə qədər davam etdi. Müvəffəqiyyətli oynadığı üçün Kurmet və Parasat ordenləri ilə mükafatlandırıldı. Abdinabiyeva 18 aprel 2021-ci ildə Qazaxıstanın Almatı şəhərində 73 yaşında öldü.
Sabir Abdinli
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962, Bakı) — Azərbaycan şairi, AYB-nin üzvü. 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sərvər Abdinov
Telman Abdinov
Telman Abdinov — Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002). Telman Manaf oğlu Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. SSRİ Rəssamlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1988). Boya, qrafika janrlarında əsərlərin müəllifidir. Bir çox xarici ölkələrdə sərgiləri təşkil olunub. Yaradıcılığında portret və mənzərə janrı mühüm yer tutur. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı adına layiq görülüb.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Övsət Abdinov
Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub. 1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub.
Ədalət Abdinov
Ədalət İdris oğlu Abdinov (16 oktyabr 1958, Bədəlan, Masallı rayonu) — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist. Ədalət Abdinov 1958-ci il oktyabrın 16-da Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1976-cı ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin kənddəki çay fabrikində fəhlə işləmişdir. 1976–1978-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir. 1978–1979-cu illərdə Bədəlan çay fabrikində əmək fəaliyyətini davam etdirmişdir. 21 fevral 1979-cu ildə SSRİ Həmkarlar İttifaqına üzv olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dövlət ödənişli hazırlıq şöbəsinə qəbul olunmuş, 1985-ci ildə həmin universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzeti redaksiyasının göndərişi ilə 1983–1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 17 fevral 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunmuşdur. 29 oktyabr 1985-ci ildən 7 fevral 1986-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji kitabxanasinda redaktor işləmiışdir.
Əhməd Abdinov
Abdinov Əhməd Şahvələd oğlu (30 may 1945, Behrud, Ordubad rayonu) — Azərbaycan fiziki, Fizika-riyaziyyat elmləri doktoru (1978), professor (1981). Əhməd Abdinov 30 may 1945-ci ildə Ordubad rayonunun Behrud kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirmişdir (1968). 1968-ci ildə BDU-nun fiziki elktrnika kafedrasında aspiranturaya qəbul olunmuş, təhsilini Leninqradda (indiki Sankt-Peterburq) SSRİ EA Fizika və Texnika İnstitutunda davam etdirmişdir. 1972-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyət göstərir; fizika fakültəsinin dekanı (1988-89) olmuşdur. 1992-ci ildən fiziki elektronika kafedrasının müdiri və bərk cisim elektronikası elmi-tədqiqat laboratoryasının rəhbəridir. Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1990-2000) olmuşdur. Tədqiqatları qismən nizamsız yarımkeçirici sistem və materiallarda elektron hadisələrinin xüsusiyyətlərinin aşkar edilməsinə, belə sistemlərdə müxtəlif növ elektron proseslərinin mexanizmlərinin müəyyənləşdirilməsinə aiddir. 220-dən çox elmi əsərin müəllifidir, bir neçə müəlliflik şəhadətnaməsi var. 20-dən çox elmi əsəri xarici ölkələrdə çap olunmuşdur.