Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abonent
Abunəçi və ya abonent — televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs. Rabitədə abonementdən istifadə etmək hüququ olan müəssisə, təşkilat və ya şəxs; rabitə qovşaqlarında sexin böyük qurğu və cihazları olan sahəsi. İnformatikada hesablama sisteminin xidmətindən istifadə etmək hüququ olan şəxs, təşkilat və ya müəssisələr. Aktiv, videomətn və verilənlərin teleemalı Abonenti olur. Aktiv Abonentin verilmiş anda EHM ilə əlaqəsi olur. Videomətn Abonenti videomətn xidmətinin imkanlarından həmin sistemin terminalı vasitəsilə istifadə edir. Verilənlərin teleemalı Abonenti teleemal sisteminin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
Abonement
Stid Bonnet
Stid Bonnet (ing. Stede Bonnet; 29 iyul 1688, Brictaun, Britaniya imperiyası – 10 dekabr 1718, Çarlston, Britaniya imperiyası) — ingilis dəniz qulduru. Əsasən mənşəyinə görə bəzən "piratların centlmeni" adlanırdı. Bonnet Barbados adasında varlı ingilis ailəsində anadan olmuş və 1694-cü ildə atasının ölümündən sonra ailə mülkünü miras almışdır. 1709-cu ildə Meri Ellumbi ilə evlənmiş və qısa müddət müstəmləkə milislərində xidmət etmişdir. Evliliyindəki problemlərə görə və dənizçilik təcrübəsinin olmamasına baxmayaraq, Bonnet 1717-ci ilin yayında piratçılıqla məşğul olmağa qərar vermişdir. 1718-ci ilin avqustunda Bonnet gəmini təmizləmək və təmir etmək üçün Keyp-Fir çayının ağzına lövbər salmışdır. Avqustun sonunda və sentyabrda polkovnik Vilyam Rett Cənubi Karolina qubernatoru Robert Consonun icazəsi ilə çayda dəniz quldurlarına qarşı dəniz ekspedisiyasına rəhbərlik etmişdir. Rett və Bonnetin adamları bir neçə saat vuruşmuş, lakin quldurlar sonda təslim olmuşdular. Rett quldurları həbs etmiş və oktyabrın əvvəlində Çarlston şəhərinə gətirmişdir.