Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acıtma
Acıtma — şifahi xalq şerində, daha dəqiq desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə acıq vermək üçün söylədikləri mənzumə. Acıtma bəzən dolama da adlanır. Burada yumoristik çalarlar, məzhəkə elementləri üstünlük təşkil edir. Məsələn: Azərbaycan uşaq folklorunda Keçələ dair acıtmalar daha çox yayılıb. Bir nümunə: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Acita Kesakambala
Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu. O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir. Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir.