Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Accordéon Mélancolique
Accordéon Mélancolique — Çerri de Burvə Jan-Pyer Qayrana tərəfindən yaradılmış Niderland musiqi qrupu. Duet qrupu 1984-cü ildə yaradılmışdır. 1997-ci illdə onlar Bil və Hilari Klintonun, Holland taxtının vərəsəsi şahzadə Aleksandr Üillem və Niderland Krallığının keçmiş baş naziri Üim Kok-un iştirak etdiyi Marşal planının 50-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış etmişlər. Onların ilk albomu (L’imparfait du Coeur) 1998-ci ildə buraxılmış və 1999-cu ildə İsveç jurnalı Dragspels Nytt tərəfindən həmin ilin ən yaxşı akordeon albomu seçilmişdir. Bununla əlaqədar olaraq Accordéon Mélancolique 2000 və 2003-cü illərin yay aylarında İslandiya v Danimarkadakı bir çox festivalda uğurlu çıxışlar etmişdir. İndiyə qədər qrupun 7 albomu buraxılmışdır. Qurpun musiqisi həm də kitab şəklində çap edilmişdir. == Üslubları == Qrup orjinal bəstələr ifa etməyə davam edir. Qrupun musiqi mənbəyi fransız akkordeon musiqi ən-ənəsindən, fransız musette valsından, italyan və yunanıstan xalq mahnılarından, Antil valsından, İndoneziyanın kronchong musiqisindən, klassik musiqidən, merenj və teks-meks musiqisindən qaynaqlanır. Qrupun yaradıcılığındakı əsas mövzu musiqidə sakit notun rolu üzərinədir.