Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. == Məsələ == Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur.Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd. Ancaq düzgün həll başqadır: 7 qəp.
Qozlu
AzərbaycandaQozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Ağüzlü (Xudabəndə)
Ağüzlü (fars. اغوزلو‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 627 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Vəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 29 km cənubdadır.
Qozlu (Bostanabad)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (52 ailə).
Qozlu (Kəlbəcər)
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Qozlu (Laçın)
Qozlu — Azərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qozlu (Məlikan)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (67 ailə).
Qozlu borucuq
== Tərkibi == Əla növ buğda unu - 432q, xama - 200q, kərə yağı - 125q, qoz ləpəsi - 200q, şəkər tozu - 160q, bal - 40q, darçın - 2q, yumurta - 1ədəd. == Hazırlanma qaydası == Xəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Xəmirin enli tərəfinin üstünə 30 qram içlik qoyulub lentin ucları bükülərək borucuq formasına salınır. Üzərinə yumurta sarısı sürtülür. 180-200 °S-də 20-30 dəq. bişirilir. Xəmiri çox vaxt maya ilə hazırlayırlar.
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Qozlu piroq
== Lazım olan ərzaqlar == 100 q kərə yağı; 150 q şəkər tozu; 2 ədəd yumurta; 5 q qabartma tozu; 120 q buğda unu; 100 q qoz; 125 ml süd. == Hazırlanması == Yumurtanı şəkər tozu ilə çalın. Yağı əridib soyudun, çalınmış yumurtaya əlavə edin. Qozu xırda-xırda doğrayıb unla qarışdırın. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuduqdan sonra piroqu şəkər kirşanı və qozla bəzəyin.
Qozlu sucuk
(Türk dili: Cevizli sucuk, gürcücə: Çurçxela (ჩურჩხელა)), Orcik adı ilə də bilinər. Üzümdən əldə edilən suyu və qoz istifadə edilərək edilən şirindir. Şəklinin sosiskaya bənzəməsindən ötəri bu adla xatırlanar. İpə düzülən qozlar üzüm suyu, nişasta, manna yarması ilə qarışdırılmış qarışığa batırılar. Sonra asılaraq qurudular. Qurutma 1 həftədə olar. Qırmızı Orcik (Qırmızı üzümdən) Qara Orcik (Qara üzümdən) Elazığ Köpüklü Orcik Hindistan Qozlu Orcik Köpüklü Orcik Sadə Orcik == Köme == Vəsaiti Tut suyu, bal, süd, un, qoz, fındıq və ya fıstıqdır. Eyni şəkildə edilər.
Aşağı Qozlu (Qoşaçay)
Aşağı Qozlu' (fars. ‎‎گوزللوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Aşağı Qozlu (Soyuqbulaq)
Aşağı Qozlu (fars. قوزلوی سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (49 ailə).
Qozlu-şəkərli piroq
Qozlu-şəkərli piroq - şəkərli xəmirdən hazırlanmış un məmulatı. == Həmçinin bax == Piroq == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Yuxarı Qozlu (Qoşaçay)
Yuxarı Qozlu (fars. ‎گوزللوي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (21 ailə).
Yuxarı Qozlu (Soyuqbulaq)
Yuxarı Qozlu (fars. قوزلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (68 ailə).
Qozlu-i Xaniyə (Çaypara)
Qozlu-i Xaniyə (fars. قوزلوي خانيه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).