Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adventina
Qalinsoqa (lat. Galinsoga) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Adventina Raf. Galinsogaea Himpel Galinsogea Willd. Galinsoja Roth Gallinsoga St.Hil. Stematella Wedd. ex Sch.Bip. Stemmatella Wedd. ex Benth. & Hook.f.
Adventisizm
Adventisizm — 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 - 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian - din hərəkatıdır. == Haqqında == Bu təriqətə inananlar İsanın gəlməsini ümidlə gözləyənlər qrupudur. Miller Tövrat üzərində işləyərək İsanın dünyaya ikinci gəlişinin 1843-də yox, 1844-də olacağı qənaətinə gəlmişdir. O, tezliklə ikinci gəliş haqqında konfranslar verməyə başladı, bu haqda “Gecəyarısı ağlayır” (The Midnight Cry) adlı qəzet çap elətdirdi. Miller İsanın ikinci gəlişinin 22 oktyabr 1844-cü ildə baş verəcəyi ilə bağlı bir vəhy aldığını elan etdi. Lakin İsa elan olunan tarixdə gəlmədiyinə görə, Miller bu işdən imtina etdi və tərəfdarları üçün başqa tarix verməyə başlayırdı. Sonuncu dəfə 1959-cu ildə Məsihin gələcəyini gözləyən təriqət üzvləri böyük xəyal qırıqlığına uğradı. İkinci gəlişin tarixi və ruhun ölümsüzlüyü haqqında irəli sürülən fərqli fikirlər qrup içində ayrılığa gətirib çıxartdı. Hal-hazırda isə "İkinci Advent Adventistlər" və "Yeddinci günün adventistləri" var. Bunların ən əhəmiyyətlisi və missioner xarakterli olanı Yeddinci Günün Adventistləridir.
Askentizm
Askentizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Askentizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir. == Tarixi == Askentizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan askentizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də askentizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.
Adventina parviflora
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qalinsoqa cinsinə aid bitki növü. == Sinonimləri == Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.
Adventiv növlər
Adventiv növlər (latın: adveticius — yad, gəlmə) — başqa qruplaşmadan və ya coğrafi vilayətlərdən gətirilən (və ya gələn) növlər. Ölkəmizə gətirilmiş amarant, sabah gülü. evkalipt kimi bitkilər, ağ amur, qalınalın, daban balıq, yenotabənzər it və b. heyvanlar adventiv növlər hesab oluna bilər. Son illər ölkəmizə gətirilən bitkilərin sayı durmadan artmaqdadır. Ancaq onların çoxu bizim şəraitə uyğunlaşmış nəsil törədə bilmirlər.
Adventiv orqanlar
Adventiv orqanlar (lat. adventicius – yabancı) – bitkilərdə böyümə nöqtəsinin embrional toxumasından deyil, bir qədər yaşlı hissədən və müvafiq olmayan yerlərdə inkişaf edən orqanlar.
Adventist İnkişaf və Yardım Agentliyi
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum. Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur. == Missiya == ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir. == Məqsəd == ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir: Ərzaq Təhlükəsizliyi İqtisadi İnkişaf İlkin Səhiyyə xidməti Fövqəladə vəziyyətin idarə edilməsi Əsas təhsil ADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.
Adventist İnkişaf və Yardım Agentliyi (AİYA)