Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerodinamika
Aerodinamika — fizikanın bölməsi. Əsasən havanın hərəkətini öyrənir. Aerodinamikada səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. Aerodinamika uçuş aparatlarının və müxtəlif bir neçə elmlərdə tətbiq olunur. Aerodinamika müstəqil elm kimi XX əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır. Böyük olmayan sürətlərdə havanı sıxılmayan fərz etmək olar. İdeal maye nəzəriyyəsinə görə maye təbəqələri arasında və cisimlə maye arasında sürtünmə qüvvəsi nəzərə alınmır. Bunun nəticəsində məlum Dalamber-Eyler paradoksu (havanın hərəkət edən cismə müqaviməti sıfırdır) yaranır. Buna baxmayaraq bəzi tətbiqi aerodinamika məsələlərinin həllində ideal maye nəzəriyyəsindən istifadə edilir (qanadın qaldırıcı qüvvəsinin təyini və s.). == Aerodinamik enmə == Aerodinamik enmə — göy cisminin səthinə oturmazdan əvvəl aerodinamik müqavimət və qaldırıcı qüvvədən istifadə etməklə kosmik aparatın atmosferdə enmə zamanı uçuşu.
Aerodinamik boru
Aerodinamik boru bərk cismin (təyyarə, avtomobil, raket, körpü, bina və s.) hava axınının təsiri altında olduqda yaranan effektləri öyrənmək üçün işlənmiş sınaq qurğusudur. Ən geniş yayılmış aerodinamik boru qurğusu avtomobil və →təyyarələrin sınanmasıdır. Avtomobillərdə əsasən →hava müqaviməti və optimal qalxmanın qiymətləri tədqiq olunursa, təyyarələrdə daha çox məsələ ön planda durur: qanadların qalxma qüvvəsi və hava müqaviməti ilə yanaşı stabillik, idarəetmə və s. Son zamanlar qatar və gəmilər də aerodinamik boru vasitəsilə araşdırılır. Hündür binaların və körpülərin də bu üsulla sınanması onların stabilliyini artırır. Burada nəzərə alınmalıdır ki, bərk külək altında duran tiklilərin yırğalanmaları onların məxsusi tezliklərinə yaxın tezliyə çatmasınlar. Külək burulğanını düzgün simulyasiya etmək üçün çox vaxt tiklilərlə bərabər ətraf yerlərin də modelini qurmaq lazım gəlir. Ona görə də, sınaqlar əksər hallarda kiçik ölçüdə hazırlanmış model üzərində aparılır. Yalnız avtomobillər öz orijinal ölçülərində aerodinamik boruda tədqiq oluna bilirlər. Tədqiqat obyektlərini kiçik ölçüdə hazırladıqa sınağın keçdiyi mühit heç də həmişə reallığı əks etdirmir.
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Termodinamika
Termodinamika — makroskopik cisimlərin daxili durumunu tarazılıqda öyrənən elm. Başqa sözlə termodinamika qarşılıqlı çevrilmə və enerji ötürülməsini öyrənən elmdir. Fizika elminin əsas bölmələrindən biridir. Termodinamika enerjinin və qanunların bir növdən digərinə çevrilmələrini öyrənən elm sahəsidir. İşçi maddələrin köməyi ilə istilik və mexaniki enerjilərin qarşılıqlı çevrilməsinə baxılan hissəsi texniki termodinamika adlanır. Bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsi olan cisimləri göstərən termodinamik sistem texniki termodinamikanın əsaslarından biridir. Termodinamik sistemlərə misal olaraq silindrdə porşenin hərəkəti ilə genişlənən və ya sıxılan qazları göstərmək olar. Termodinamik sistem olan konkret fiziki şərtləri təyin etmək üçün para-metrlərin vəziyyəti adlanan göstəricilərdən istifadə olunur. Əsas parametrlərə temperatur T, təzyiq P və həcm V (və ya xüsusi həcmin əksi olan sıxlıq ρ) daxildir. Termodinamik sistemdə işçi maddənin vəziyyətinin dəyişmə ardıcıllığı termodinamik proses adlanır.
Astrodinamika
Astrodinamika (q.yun.
Geodinamika
Geodinamika — Yerin təkamülü ilə əlaqədar olaraq onun daxilində və üst örtüklərində enerjinin paylanmasına səbəb olan qüvvə sahələrinin yaranma prosesləri haqqında elm. Geodinamika tədqiqatlarda Yer sisteminin istənilən daxili (nüvə, mantiya, litosfer) və xarici (hidrosfer, atmosfer, yerətrafı kosmik fəza) geosferləri, habelə hər hansı mühüm əlamətinə (biosfer, rift zonaları) və ya müxtəlif təbii proseslərə (hidrotermal sistemlər, tufanlar və b.) görə ayrılan dinamikası öyrənilə bilər. Geodinamika geofiziki, tektonik, petroloji və geokimyəvi tədqiqatlara əsaslanır. Geodinamika tədqiqatlarda litosfer plitələrin kinematikasının tədqiqinə xüsusi əhəmiyyət verilir. Xain, Ryabuxinə (1997) görə, geodinamika, litosferin dəyişilməsinə səbəb olan və onun quruluşunun təkamülünü müəyyən edən bütün dərinlik endogen prosesləri öyrənir. == Həmçinin bax == Yer Dinamika Geosferlər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Kimyəvi termodinamika
Kimyəvi termodinamika — termodinamik metodlarla reaksiyaların birləşməsi proseslərini öyrənir.