Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrofotoqrafiya
Astrofotoqrafiya (ing. Astrophotography; rus. Астрофотография) – göy cisimlərinin fotoşəklini çəkməklə aparılan astronomik müşahidələr üsulu. Astrofotoqrafiya, demək olar ki, adi fotoqrafiya ilə eyni vaxt da inkişaf etməyə başlamışdır. Fransız ixtiraçısı Lui Dager ilk fotoçəkilişlərinin içərisində Ayında təsviri vardı. 1842-ci ildə Dagerin fotoqrafiya üsulu ilə Günəşin ilk təsviri, 1850-ci ildə isə Veqa və Kastor ulduzlarının şəkilləri alındı. 1860–1870-ci illər də fotoqrafik müşahidə teleskoplar – astroqraflar yarandı. XIX əsrin sonlarında astrofotoqrafiya artıq ulduz xəritələrinin tərtib olunmasında, astrofotometriyada, astrospektroskopiyada geniş tətbiq edilirdi. Fotoqrafik müşahidələrin vizual muşahidələrə nisbətən üstünlükləri sonuncuları, demək olar ki, aradan qaldırdı. Bir çox ulduzların, yaxud bir obyektin detallarının təsvirinin eyni zamanda alınma imakanı, işıq enerjisinin toplanması ilə gözlə görünməyən zəif obyektlərin müşahidə olunma imkanını bura şamil etmək olar.