Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aeroqrafiya
Aeroqrafiya – spreyli boyamada istifadə olunan trafaretin üç ölçülü cisimlə əvəz olunduğu sürrealist metod. Metoddan Viktoriya dövründə kaşıləri dekorasiya etmək üçün və Man Rayın əsərlərində istifadə olunurdu.Aeroqrafiya çox vaxt avtomobillər üzərində istifadə olunur.
Astroqraf
Astroqraf (azərb. astro+qraf‎) – Göy cisimlərinin fotoşəklini çəkmək üçün astronomik alət. XIX əsrin sonlarında göyün fotoqrafik müşahidəsinə başlanması və bunun üçün ixtisaslaşdırılmış alətlərə ehtiyacın yaranması astroqrafları teleskoplar içərisində xüsusi qrup kimi fərqləndirdi. Vizual müşahidələr aparılmadığından müasir astronomiyada alətlərin vizual müşahidə üçün və foto çəkilişlər üçün qruplara ayrılması əhəmiyyətini itirmişdir. Hazırda astroqraf teleskop növü kimi deyil, konkret çəkiliş aləti kimi istifadə olunur. Göy sferinin sutka ərzindəki hərəkətinin ardınca astoqrafın fırlanması dəqiq saat mexanizmi ilə yerinə yetirilir və ona gid (alətin optik boru suna paralel bərkidilmiş ikinci optik boru) vasitəsilə nəzarət olunur. Astoqrafın əsas xarakteristikası obyektivin, yaxud güzgünü fokus məsafəsi və alətin giriş dəliyidir. Göyün böyük sahəsindəki ulduzların, Yerin süni peyklərinin və s. foto şəklini çəkmək üçün genişbucaqlı, qısa fokuslu (fokus məsafəsi 1 m-ədək), daha dəqiq ölçmələr üçün isə fokus məsafəsi bir neçə (2–3,5) m olan astroqraflar tətbiq olunur. Çox dəqiq ölçmələr üçün ən uzun fokuslu (7–19 m) astroqraflar işlədilir.
Avtoqraf
Avtoqraf — [fr. autographe, autos – özüm, grapho – yazıram] imza, xüsusilə müəllifliyi təsdiq edən, əl ilə yazılmış, adətən, xatirə yazısı və ya imza. Məsələn, avtoqraf vermək; əsərin müəllifinin əsil əlyazması (bir müəllifin özü tərəfindən yazılmış əlyazması). Məsələn, görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır; sürətçıxaran cihaz növü. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Avtoqraf (film, 1986)
Avtoqraf qısametrajlı sənədli süjeti rejissor Zaur Məhərrəmov tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir. == Məzmunu == Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir.