Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Ahlat məzar daşları
Ahlatda yüzlərlə məzar daşı torpaq üzərində, ondan daha çoxu da torpaqaltındadır. Bunlar türk plastik sənətinin meydana gətirdiyi saysız nümunələrdir. Ümumiyyətlə 1203–1300 illərinə tarixlənən bu əsərlər üzərində Axa sözcüyünə rast gəlinməkdədir. Bu söz o dövrlərdə türklərə yaraşdırılan bir sifətdir. Bu məzar daşları eyni zamanda Şərq Anadolu və xüsusilə Ahlat tarixini işıqlandırmaqdadır. Ahlat məzar daşları çölümüzü tüf daşından edilmişlər. Ayrıca sandığalar silindr, sütun formasında və üç parçadan meydana gəlmiş üzəri açıq nümunələrdir. Bunun yanında gəmi formasında və düzbucaqlı prizma formasında tək parça daşdan oyularaq edilmiş nümunələr də var. Ahlat məzar daşları üç ana qrupda toplanmaqdadırlar: == Çatma qəbirlər == Çatma qəbirlər boz tüf daşıdan kəsilmiş iki uzun lövhənin, üst kənarlarda bir bucaq meydana gətirəcək şəkildə bir-birləriylə bağlanmasıyla meydana gəlməkdədir. Bu qəbirlərdə baş və ayaq ucları üçbucaq formalı boşluqların önünə qoyulan kiçik daş bloklardan meydana gəlmişdir.
Sen Anlat Karadeniz
Sən anlat Qara dəniz — Sineqraf imzalı ilk bölümü 24 yanvar 2018-ci ildə yayımlanan, prodüseri Osman Yavaş, ssenari müəllifi Nehir Erdem, Ayşe Ferda Eryılmaz və Erkan Birgören, baş rollarda Ulaş Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun yer aldığı Türkiyə istehsalı olan dram televiziya serialıdır. 3 sezondan ibarət olan serial 13 noyabr 2019-cu ildə yayımlanan 64-cü bölümü ilə sona çatdı.
Sən Anlat Qaradəniz
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Alat (Özbəkistan)
Alat (özb. Olot) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Alatda 12.924 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Alatda Özbəklər üstünlük təşkil etməklə, Türkmənlər, Ruslar, Almanlar, Qazaxlar və Tatarlarda yaşayır.
Sən Anlat Qara Dəniz