floristika
flotasiya
OBASTAN VİKİ
Flot
Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü. Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir. == Tarixi == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir.
Azov flotu
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Flotel
Flotel (üzən otel) — su hövzələrinin mərkəzlərində, gəmidə yerləşən mehmanxana. Flotellər daha çox neft sənayesində, liman bölgələrində və s. kimi yerlərdə çalışan işçilər üçün nəzərdə tutulur. Flotel ideyası ilk dəfə irəli sürüləndə ekipajın qazma işlərini fasiləsiz həyata keçirə bilməsi üçün dəniz qurğusunun yaxınlığında yerləşdirilmiş yarıdalma platforma kimi hazırlanmışdır.
Xəzər Dənizi Flotiliyası
Xəzər Dənizi Flotiliyası (rus. Каспийская флотилия) — Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskidir. Xəzər flotiliyası 1722-ci ildə, imperator Pyotrun əmri ilə yaradılıb. 1945-ci ildə "Qırmızı bayraq" ordeninə layiq görülüb. Xəzərdə ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır. 1722-ci ilin noyabrında Pyotrun əmri ilə Həştərxan şəhərində yaradılıb. Admiral Fyodor Apraksin rəhbərliyi altında Rus-Fars müharibəsində iştirak edib, 1796-cı ildə rus ordusunun Dərbənd və Bakını tutmasına kömək edib. 1813-cü il Gülüstan sülhünə əsasən, Xəzər Flotiliyası Xəzər dənizində yeganə hərbi flotiliya olmalı idi.
Flotovia
Dasyphyllum (lat. Dasyphyllum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Flotovia Spreng.
Britaniya Xəzər flotiliyası
Britaniya Xəzər flotiliyası — Krallıq donanmasının 1918-ci ildə Xəzər dənizində yaradılan hərbi dəniz qüvvələri. O, Rusiya vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsinin bir hissəsi idi. Donanma ilkin olaraq 1919-cu ilə qədər Qara dəniz və Xəzər eskadronuna tabe idi. == Tarixi == Qüvvənin yaradılması haqqında qərar 1918-ci il iyulun 11-də Bağdaddakı İngilis hərbi qərargahında qəbul edildi. Onun iki məqsədi var idi: Trans-Xəzər dəmiryolunun şərq sahil terminalı olan Krasnovodsku ələ keçirmək və bununla da Türkmənistandakı Britaniya Malleson missiyasına dəstək vermək. Bakının və onun ətrafındakı neft yataqlarının almanların və ya Osmanlı imperiyasının əlinə keçməsinin qarşısını almaq. Qüvvə 1918-ci ilin sentyabrında komandir David Norrisin komandanlığı altında yaradılmışdır. Norris dəniz silahlarını daşıyan yük maşınları karvanı ilə Bağdaddan Ənzəliyə avtomobil yolu ilə getmişdi. Qüvvə 1919-cu ilin yanvarında Batumidən qatarla göndərilən 12 sahil motorlu qayığı ilə gücləndirildi. Bu gəmilər daha sonra Kral Dəniz Piyadaları tərəfindən qorunan ekipaj tərəfindən idarə edilən dəniz silahları ilə silahlandırılmışdı.