Afroamerikalı
Afroamerikalılar (ing. African American) — ABŞ zənciləri, ABŞ-də etnoirqi birlik, amerikalıların bir hissəsi. zənci irqinə tam və ya qismən aid olan ABŞ vətəndaşları. İfadə ingilis dilinə rəsmi dairələrdə zənci sözünün işlədilməsinin (isp. Negro) qeyri-korrekt olması barəsində fikir möhkəmləndikdən sonra daxil olub. Həmçinin neytral söz olan "qaralar" (Black people) ifadəsi də geniş yayılıb.
== Ümumi məlumat ==
Afroamerikalı ya da Qara Amerikalı, mənşəyi Afrikadakı hər hansı bir zənci əhaliyə söykənən Amerika Birləşmiş Ştatları vətəndaşları ya da sakinləridir. Termin, Birləşmiş Ştatlarda soyu ümumiyyətlə (heç olmasa qismi olaraq) Səhraaltı Afrikaya söykənən Amerikalılar üçün istifadə edilir. Afroamerikalıların çoxu Şimali Amerikaya gətirilmiş qaradərili qulların nəslindəndir. Lakin bəziləri, Afrikalı, Karibli, Orta Amerikalı ya da Cənubi Amerikalı xalqlardan könüllü olaraq köç etmişlər ya da kökləri bu bölgələrə söykənir.