Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Good! Afternoon
good! Afternoon (good! アフタヌーン, Guddo! Afutanūn) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. 7 noyabr 2008-ci ildə təsis edilmişdir. Aylıq manqa jurnalına 2012-ci ilin sonunda çıxmış 25-ci sayda çevrilmişdir. Hər buraxılışı müxtəlif manqakaların müəllifi olduğu 25 hekayəni əhatə edir və 800 səhifədən ibarət olur. Hər buraxılışının qiyməti 680 yen təşkil edir. Kodansha nəşriyyatının digər uğurlu manqa jurnalı olan "Monthly Afternoon" jurnalının bacı jurnalı hesab olunur.
Monthly Afternoon
Monthly Afternoon (月刊アフタヌーン, Gekkan Afutanūn) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. "Monthly Aftenoon" Kodanshanın Afternoon xətti jurnallarından biridir. İlk sayı 1986-cı ilin 25 yanvarında çapdan çıxmışdır. Hər say 800 səhifədən ibarət olur və müxtəlif manqakaların əlindən çıxmış 30 manqa seriyasına yer verilir. "Monthly Afternoon" "Oh My Goddess!", "Genshiken", "Blade of the Immortal" və "Big Windup!" kimi tanınmış seynen manqası jurnallarından biridir. Jurnal Kodansha-nın "1day" seriyasının parçasıdır, seriyaya "Morning" və "Evening" jurnalları da aiddir. 2008-ci ilin oktyabrında nəşr olunmuş sayında "good! Afternoon" jurnalının təsis olunduğu bildirilmişdir. 2010-cu ildə jurnal 102.834 tirajla satılsa da, 2015-ci ildə bu rəqəm 75.310-a enmişdir.