Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqressiya
Aqressiya (lat. aggredi - "hücum etmək" deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; == Uşaqlarda aqressiyanın səbəbləri == 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir. 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir. Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır) === Orqanik səbəblər === Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. Uşağın müşahidə etdiyi aqressiv nümunə : Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
İnqression sahil
İnqression sahil (rus. ингрессионный берег, ing. ingression coast) — inqressiya nəticəsində yaranan girintili-çıxıntılı dəniz sahili. Qurunun enməsi nəticəsində əmələ gələn İ.s. parçalanma tipinə görə müxtəlif olur: fiord, şxer /qlyasial mənşəli/, rias, körfəz /flyü-vial/, aral /eol/, dalmasiya /struk-tur-denudasion/ və b.
Aqressiv su
Aqressiv su — metal, beton, və s.-nin dağılmasına səbəb olan tərkibində kimyəvi maddələr saxlayan su. == Tərkibi == Tərkibində xlorid turşusu,sulfat turşusu və ammonyak duzları saxlayan su xüsusilə aqressivdir. == Mənbə == Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.