Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşa Astafeva
Darya "Daşa" Viktorivna Astafeva (ukr. Дар'я Вікторівна Астаф’єва; 4 avqust 1985) — Ukrayna aktrisası, müğənnisi və fotomodeli.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Dama dama mesopotamica
Dada Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Dama (heyvan)
Lan (lat. Dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dama carburangelensis
Dana Baş
Dana Baş (ing. Dana Bash) tam adı (Dana Rut Şvarts ing. Dana Ruth Schwartz; d. 15 iyun 1971, Montvale, Nyu-Cersi, ABŞ) — ABŞ jurnalisti. CNN-in siyasi məsələlər üzrə baş müxbiri.
Dana Danilenko
Dana Danilenko (19 iyul 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Dileyni
Dana Dileyni(ing. Dana Welles Delany; 13 mart 1956) — ABŞ aktrisasıdır. Dana Dileyni 13 mart 1956-cı ildə ABŞ-ən Nyu-York şəhərində anadan olub.İrland və İngilis mənşəlidir.Stemfordda böyüdü.1974-cü ildə Filipps Akademiyasını bitirdi.Sonra muzikldə iştirak etdi. 1978-ci ildə Vesleyan Universitetini tamamladı.Sonra Nyu-Yorka qayıdıb özünü çəkilişlərdə sınamaq istədi.
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן‏‎, 2 fevral 1969 və ya 2 fevral 1972, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
Dana Kugel
Dana Kugel (26 iyun 1997-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Data SoCool
Data SoCool — Data sahələrində ixtisaslaşmış peşəkar tədris müəssisəsi. Bu sahələrdə Azərbaycanda iş dünyası ilə təhsil arasında mövcud olan mütəxəssis boşluğunu doldurmaq və qurumların əməkdaşlarının yeni bacarıqlar əldə etmələri üçün müxtəlif dərslər tədris etməkdədir. Hazırda peşəkar ekspertlər, Avropa standartlı təlim mərkəzinə sahib olmaqla, Microsoft, IBM kimi vendorlarla rəsmi əməkdaşlıq etməklə, sıfırdan pilləli şəkildə tədris edilən və sonda uğurlu məzunlarımızın qurumlara yönləndirilməsi ilə məşğul olan Karyera Mərkəzinə sahib olmaqla ölkənin data təhsili sektoruna liderlik etməkdəyik. Hazırda yüzlərlə Data SoCool məzunu aparıcı özəl qurumlarda və dövlət orqanlarında çalışmaqdadırlar. Data SoCoolun datanın faydalarını Azərbaycanda təbliğ etmək fəaliyyəti ilk olaraq 2018-ci ilinin avqust ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinə müraciət etmiş və 2019-cu ilin fevral ayından etibarən 500-dən çox müraciətçi arasından 3 mərhələ ilə seçilən 30 gənclə Excel, Power BI, SPSS və Tableau proqramlarına giriş mövzuları və bir neçə müxtəlif şirkətlərə infoturla ümumilikdə 12 günlük təlimlə başladı. Data SoCoolun ilk məzunları sayılan bu 30 gəncin bir qismi hazırda ölkənin aparıcı maliyyə, IT şirkətlərində və banklarında çalışırlar, bəziləri isə Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər. Data SoCool Təhsil modeli data sahələrində karyera qurmaq istəyən şəxslər üçün sıfırdan — Peşəkar İnkişaf Planının hazırlanmasından sonda iş və ya təcrübə ilə təmin etmək mərhələsinə qədər pilləli şəkildə dizayn edilmişdir. Öncə Karyera Məsləhətçisi tərəfindən tələbənin mövcud bazasına və öyrənmə imkanlarına uyğun olaraq Peşəkar İnkişaf Planı hazırlanır və Plan üzərindən dərslər tədris olunur. Yerli və Beynəlxalq Əmək bazarının tələblərinin araşdırılaraq formalaşdırılmış dərs sillabusları iş dünyasından real praktiki tapşırıqlarla təkmilləşdirilmişdir.
Data jurnalistika
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data jurnalistikası
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data mining
Verilənlərin hasilatı, data mədənçiliyi və ya verilənlərin mədənçiliyi — maşın öyrənməsi, statistika və verilənlər bazası sistemlərinin kəsişməsindəki metodları əhatə edən böyük məlumat dəstlərində nümunələrin çıxarılması və aşkarlanması prosesi. Verilənlərin hasilatı, məlumat toplusundan məlumatı (ağıllı üsullarla) çıxarmaq və məlumatları daha sonra istifadə üçün başa düşülən struktura çevirmək məqsədi daşıyan kompüter elmləri və statistikanın fənlərarası alt sahəsidir. Verilənlərin hasilatı "verilənlər bazasında bilik kəşfi" (KDD) prosesinin təhlil mərhələsidir. Xam təhlil mərhələsindən başqa, o, həmçinin verilənlər bazası və məlumatların idarə edilməsi aspektlərini, verilənlərin əvvəlcədən işlənməsini, model və nəticə çıxarma mülahizələrini, maraqlılıq ölçülərini, mürəkkəblik mülahizələrini, aşkar edilmiş strukturların sonrakı emalını, vizuallaşdırmanı və onlayn yeniləməni əhatə edir. "Data mining" səhv addır, çünki məqsəd məlumatların özünün çıxarılması (hasilatı) deyil, böyük həcmdə məlumatlardan nümunələrin və biliklərin çıxarılmasıdır. O, həm də məşhur sözdür və genişmiqyaslı məlumatların və ya informasiya emalının istənilən formasına, eləcə də süni intellekt və biznes intellekti daxil olmaqla, qərar qəbuledici dəstək sisteminin hər hansı tətbiqinə tez-tez tətbiq olunur. Adətən daha ümumi terminlər, verilənlərin təhlili və analitikası və ya faktiki metodlara istinad etmək ya da süni intellekt və maşın öyrənməsi daha uyğundur. Faktiki verilənlərin hasilatı tapşırığı, məlumat qeydləri qrupları, qeyri-adi qeydlər və asılılıqlar kimi əvvəllər naməlum, maraqlı nümunələri çıxartmaq üçün böyük miqdarda məlumatın yarı avtomatik və ya avtomatik təhlilidir. Bu, adətən fəza indeksləri kimi verilənlər bazası üsullarından istifadəni nəzərdə tutur. Bu nümunələr daha sonra daxil edilən məlumatların bir növ xülasəsi kimi görünə bilər və sonrakı təhlillərdə və ya maşın öyrənməsində və proqnozlaşdırıcı analitikada istifadə edilə bilər.
III Dara
III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər). Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü. Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
II Dara
II Dara, (II Dara Oxus); (e.ə. 475 – e.ə. 404, Babil) — 423-404-cü illərdə Əhəmənilər şahənşahı. I Artakserksin yunan cariyəsi Kosmartidenadan olan oğlu. Hakimiyyətə gələnə qədər adı Oks idi və 423-cü ildə II Dara adını götürdü. Yunanlarla müharibələr etmişdir, hakimiyyəti dövründə 405-ci ildə Misirdə üsyan baş vermişdir. 404-cü ildə Babildə ölmüşdür.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
İdi Amin Dada
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. Daşqa (daşka) — iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası — nəqliyyat və daşıma vasitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rol oynamışdır.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.