Rosa damascena
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır.
Soyuğa, rütubətə, işığa davamlıdır.