Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçqat akkreditasiya
Üçqat akkreditasiya (ing. Triple accreditation) ― idarəetmə təhsili verən bir ali təhsil qurumunun və ya həmin qurum nəzdnindəki elmi vahidin dünyamiqyaslı üç əsas akkreditasiyadan (AACSB, AMBA, EQUIS) keçməsi halı. Dünyada idarəetmə məktəblərinin 1%-i üçqat akkreditasiyalıdır.Proses iki ABŞ (AACSB və AMBA) və bir Avropa İttifaqı (EQUIS) mənşəli mötəbər akkreditasiya təşkilatının namizəd ali təhsil müəssisəsi, yaxud müvafiq vahidi üzərində uzunmüddətli monitorinqi ilə başlayır. Bu zaman kəsiyində əgər kriteriyalar ödənilərsə yalnız bu halda üçqat akkreditasiya olunur. Tələblərin yerinə gətirilməsi həm institusional, həm də intellektual potensial tələb etdiyindən dünya üzərində sözügedən akkreditasiyanı tamamlayan ali təhsil müəssisələri yaxud elmi vahidlər olduqca nüfuzlu hesab olunurlar. Məhz bu səbəbdəndir ki, dünya idarəetmə məktəblərinin yalnız 1% sözügedən titula malikdir.
Akreditasiya
Akkreditasiya (lat. accredo, «etibar etmək») — təhlükəsizlik tədbirlərinin müəyyən edilmiş çoxluğunun həyata keçirilməsinə əsaslanaraq informasiya sisteminin əməliyyatlarına icazə verilməsi və təşkilatın əməliyyatlarına (məqsədlər, funksiyalar, imic və ya nüfuz daxil olmaqla), təşkilatın aktivlərinə və ya əməkdaşlarına olan riskin qəbul edilməsi haqqında səlahiyyətli təşkilatın rəsmisi tərəfindən verilmiş rəsmi qərar.