Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1]. Dielektrik keçiriciliyi 17,09-dur. Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120–150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır. Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır.
Aldehidlər
Aldehidlər (latınca: "alcohol dehydrogenatum", mənası: "Hidrogenini itirmiş spirt) - molekullarında karbohidrogen ilə birləşmiş aldehid qrupu olan üzvi maddələrə deyilir. Aldehidlərin tərkibində Karboksil qrupu vardır. Tərkibində Alkil və ya Aril radikal əvəzediciləri vardır. Doymuş birəsaslı aldehidlərin ümumi formulu: СnН2n+1CHO == Ümumi məlumat == "Aldehid" sözü hidrogenini itirmiş spirt deməkdir və iki latın sözünün - alkoqol (spirt) və dehidrogenləşmə (hidrogenini itirmə) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Karbohidrogen radikalının təbiətindən asılı olaraq Aldehidlər doymuş (məsələn, Sirkə aldehidi), doymamış (məsələn. Akrolein) və aromatik (məsələn, Benzol aldehidi) aldehidlərə ayrılır. Aldehidlərin və ketonların xassələri demək olar ki, eynidir. Aldehid və ketonlarda yan zəncirdə və karbonil qrupunda (-CHO) əvəzetmə reaksiyaları baş verə bilər. Aldehidlər polimerləşə bilir. Suda yaxşı həll olur.
Furkan Aldemir
Furkan Aldemir (türk. Furkan Aldemir, doğ. 9 avqust 1991-ci il, İzmir, Türkiyə) — türk peşəkar basketbolçusu. Basketbol üzrə Türkiyə çempionatında Darüşşafak klubunda oynayır. == Bioqrafiyası == Aldemir peşəkar karyerasına doğma İzmir klubu olan Karşiyakada başlamışdır. 2010-cu ilin iyulunda Furkan 20 yaşa qədər Avropa çempionatında Türkiyə millisinin şərəfini qorumuşdur. Turnirin nəticələrinə görə Furkan hər oyuna 11,6 xal toplayaraq yarışın ən yaxşılarından biri olmuşdur. Ancaq Türkiyə millisu 13-cü yerlə kifayətlənmişdir. 2011-ci ilin iyun ayında Galatasaray BK ilə 4 illik müqavilə imzaladı. Növbəti mövsümdə yenidən Avropa çempionatında (20 yaşa qədər).