Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Əbülfət xan Valatəbar
Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu Valatəbar (1874, Təbriz – 1958, Tehran) — siyasi-ictimai xadim. == Həyatı == Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu 1874-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Təbrizdə mükəmməl ruhani təhsili almışdı. O, əvvəlcə öz atası Mirzə Fəzlulla xanın, sonra əmisi Təbrizin məşhur müctəhidi Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləmanın yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmişdi. Mirzə Əbülfət xan Valatəbar Müzəffərəddin mirzənin yanında münşibaşı vəzifəsində çalışmışdı. Dəbirəssəltənə ləqəbini almışdı. Mirzə Əbülfət xan Valatəbar 1897-ci ildə əmisi Mirzə Əsədulla xan Naziməddövlənin Vəkilülmülk ləqəbinə yiyələnmişdi. Onun Dəbirəssəltənə ləqəbini isə qardaşı oğlu Mirzə Nəsrulla xana verilmişdi. Mirzə Əbülfət xan Valatəbar Məhəmmədəli mirzənin yanında münşibaşı vəzifəsini davam etdirməyə başlamışdı.