Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allancastria caucasica
Qafqaz allankastriyası (lat. Allancastria caucasica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin allankastriya cinsinə aid heyvan növü. == Təsviri == Qanadların açılmış halda ölçüləri 50-60 mm-ə çatır. Qanadlar üstdən açıq sarı rəngdə olub, üzərində qara, qırmızı, mavi ləkələrdən ibarət mürəkkəb naxış vardır. Naxışın kənarı qaradır. Pupdan yenicə çıxmış kəpənəklərdə qanadların rəngi ağdan parlaq sarıyadək dəyişir. Arxa qanadlarda kiçik quyruq vardır. Kəpənəyin qarıncığı açıq rəngli tükcüklərlə örtülüdür, yanlarda narıncı rəngli üçbücaq naxışlar vardır. == Yayılması == Bolqarıstan, Türkiyə, Yunanıstan, Suriya, Kiçik Asiya, Qafqazda yayılmışlar. Ölkəmizdə Böyük Qafqazın dağ ətəklərinin cənub yamacları (Balakən, Zaqatala, Qax, Şəki) rast gəlinir.
Allancastria
Allankastriya (lat. Allancastria) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Imperata allang
Silindrik hülpə (lat. Imperata cylindrica) - hülpə cinsinə aid bitki növü. == Sinonimləri == Arundo epigeios Forssk. ex Steud. [Invalid] Calamagrostis lagurus Koeler [Illegitimate] Imperata allang Jungh. Imperata angolensis Fritsch Imperata arundinacea Cirillo Imperata arundinacea var. africana Andersson Imperata arundinacea var. europaea Andersson Imperata arundinacea var. glabrescens Büse Imperata arundinacea var. indica Andersson Imperata arundinacea var.
Allan Bentsen
Allan Bentsen (21 avqust 1968) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Allan Bentsen Danimarkanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Allan Fakir
Allan Fakir (1932– 4 iyul, 2000) (Sind dilində: علڻ فقيرُ, Urdu dilində: علن فقیر), Pakistanın xalq mahnılarının ifaçısı. Pakistanda Sufi musiqisinin ən qabaqcıl təmsilçilərindən biri. Xüsusilə ekstatik ifa tərzi, həddindən artıq özünəxas ritorikası və sufi rəqsi ilə seçilirdi. == Həyatı == Allan Fakir 1932-ci ildə Sind vilayətinin Camşoro məntəqəsinin Aamari adlı qədim kəndində anadan olmuşdur. Allannın anası ona həyat bəşx etdikdən sonra vəfat etmişdir. O uşaqlığını Sind vilayətinin Sehuan və Heydərabad şəhərləri arasında yerləşən Manhandda keçirmişdir. O Mangrasi tayfasından idi. Onun atası toylarda ənənəvi musiqilər ifa edir və baraban çalırdı. Fakirin qardaşları da indiyə qədər həmin işi görürlər. Fakir ərəb sözüdür, təsəvvüf və mistik anlam verir.
Allan Kanningem
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
Allan Lalin
Allan Lalin — Honduras futbolçusu Allan Lalin 1981-ci ildə Hondurasın Tequsiqalpa şəhərində dünyaya gəlib. Karyerasına ölkəsində – "Real Espana"da başlayıb. Daha sonra Avropaya gələrək Visla Krakov ilə müqavilə bağlayıb. Bu komandanın heyətində Polşa çempionu olub. Daha sonra isə ümidləri doğrultmadığından komandadan kənarlaşdırılıb və yenidən "Real Espana"ya dönüb. İndiyə qədər 9 dəfə Honduras millisinə dəvət alıb və 1 qola imza atıb. Lali ilə bağlı başqa bir maraqlı məqam da var. Belə ki, Allanın əmisi oğlu Hendri Tomas da futbolçudur. O, hazırda İngiltərə "Viqan"ının şərəfini qoruyur. 2009-cu ildə Xəzər-Lənkəran klubuna transfer olunub.
Freya Allan
Freya Allan (tam adı: ing. Freya Allan; 6 sentyabr 2001, Oksfordşir[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə aktrisası. Netflixdə yayımlanan Cadugər teleserialındakı Sintra şahzadəsi Sirilla roluna görə tanınır. == Həyatı == Freya Allan Oksfordşirdə anadan olub. Oksfordda Hedinqton Məktəbində təhsil alıb. Bakingemşirdə Bekonsfilddə Milli Film və Televiziya Məktəbində təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə Mavi quş (ing. Bluebird) və Milad ağacı (ing. The Christmas Tree) qısa filmlərində rol almışdır. Freya Allan Bornmut İncəsənət Universitetində təhsil alarkən Kapitan Firs (ing.
Nikolas Allan
Nikolas Allan (ing. Nicholas Allan; 11 dekabr 1956) — İngilis uşaq yazıçısı və illüstratorudur. İngiltərənin Brayton şəhərində doğulub böyüyən Nikolas Allan 1970–1975-ci illərdə Brayton Kollecində oxuyub. Slayd İncəsənət Məktəbində təhsilini davam elətdirmiş və Şərqi İngiltərə Universitetindən Yaradıcı Yazı Sənəti üzrə magistr dərəcəsini almışdır. İlk kitabını "Böyük Pəri" 1989-cu ildə nəşr etdi və o vaxtdan bəri uşaqlar üçün bir çox kitab yazmağa başladı, o cümlədən "Sehrli tualet", "Şeytan Teddi", "Kraliçanın Pantalonları". " Hilltop Xəstəxanası mükafat qazanan bir teleseriala uyğunlaşdırılmışdır. Onun digər kitabları arasında "Qapını sındırmaq üçün tam bələdçi" romanı da mövcuddur. Boş vaxtlarında Nikolas vaxtının çox hissəsini Londonda deyil, Braytonda keçirir.
Allan Kormak
Allan Maklaud Kormak (ing. Allan McLeod Cormack; 23 fevral 1924[…], Yohannesburq, Transvaal[d], Cənubi Afrika İttifaqı – 7 may 1998[…]) — Cənubi Afrikalı və amerikalı fizik, " kompüter tomoqrafiyasının inkişafına görə" 1979-cu ildə fiziologiya və ya tibb üzrə Nobel Mükafatı laureatı (Godfrey Hounsfield ilə birlikdə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1983).
Allan Octavian Hume
Saab 18, Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Təyyarə, 1930-cu illərdə İsveç Hərbi Hava Qüvvələrinin inventarında olan Junkers Ju 86 təyyarəsini əvəz etmək və hərbçilərin sürətli üç nəfərlik kəşfiyyat təyyarəsinə ehtiyacını ödəmək məqsədi ilə hazırlanmışdır. Təyyarə ilk uçuşunu 19 iyun 1942-ci ildə etdi və 1944-cü ilin iyununda xidmətə başladı..
Allan Oktavian Hum
Allan Octavian Hume (d. 6 iyun 1829 - ö. 31 iyul 1912) — Britaniya Hindistanında dövlət məmuru, siyasi reformator və amator (Ornitoloq). Daha sonralar Hindistan Azadlıq Hərəkatına rəhbərlik etmiş Hindistan Milli Konqresi adlı siyasi partiyanın qurucularından biridir.
Allan Sent-Maksimin
Allan İrene Sent-Maksimin (12 mart 1997[…]) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Erkən həyatı == Sent-Maksimin Parisin cənub-qərbində yerləşən Şatenay-Malabri kammunasında anadan olmuşdur. Valideynləri isə Haiti vətəndaşlarıdır. == Klub karyerası == === Sent-Etyen === Sent-Maksimin Liqa 1-də debütünü 1 sentyabr 2013-cü ildə Sent-Etyen klubu ilə Bordo klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Romen Hamumanı əvəz etmiş və komandası 2-1 hesabı ilə qalib gəlmişdir. === Monako === 31 iyul 2015-ci ildə Sent-Maksimin Monako klubu ilə müqavilə imzalamış, lakin Bundesliqa təmsilçisi olan Hannover 96 klubuna icarəyə verilmişdir. 28 iyul 2016-cı ildə Sent-Maksimin Bastiya klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Nitsa === Sent-Maksimin 7 avqust 2017-ci ildə əzəli rəqiblərdən olan Nitsa klubu ilə müqavilə imzalamışdır.
Edqar Allan Po
Edqar Allan Po (ing. Edgar Allan Poe 19 yanvar 1809[…], Boston, Massaçusets, ABŞ – 7 oktyabr 1849[…], Baltimor, Merilend, ABŞ) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi. == Haqqında == Edqar Allan Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. == Həyatı == Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur.
Arno Allan Penzias
Arno Allan Penzias (26 aprel 1933[…], Münxen – 22 yanvar 2024[…], San-Fransisko, Kaliforniya[…]) — Amerikalı fizik və radio astronomu idi. Robert Vudro Vilson ilə birlikdə o, 1978-ci ildə Fizika üzrə Nobel Mükafatını bölüşdüyü kosmik mikrodalğalı fon şüalanmasını kəşf etdi.
Edqar Allan Po mükafatı
Edqar Allan Po mükafatı (həmçinin, «Edqar» mükafatı, ing. Edgar), yazıçı Eldar Allan Ponun şərəfinə adlandırılmış, «Amerika detektiv yazıçıları» assosasiyası tərəfindən təqdim olunan ədəbi mükafat. == Nominasiyalar == Ən yaxşı roman Amerikan yazıçısının ən yaxşı birinci romanı Ən orijinal üz qapığı Ən yaxşı bioqrafiya Ən yaxşı detektiv Ən yaxşı qısa hekayə Ən yaxşı film Ən yaxşı pyes == Laureatlar == === Ən orijinal üz qapığı === === Ən yaxşı film === == İstinadlar == == Xarici keçidlər == Rəsmi vebsayt (ing.). «Amerika detektiv yazıçıları» assossaiyasının vebsaytı.
Harri Hovard Barton Allan
Harri Hovard Barton Allan (ing. Harry Howard Barton Allan; 27 aprel 1882 – 29 oktyabr 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Harri Hovard Barton Allan toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Flora of New Zealand, Volume 1 (1961). New Zealand Trees and Shrubs and How to Identify Them (1928). An Introduction to the Grasses of New Zealand (1936). A Handbook of the Naturalized Flora of New Zealand (1940).
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Allinq
Allinq — Almaniyanın Bavariya federal ştatının Fürstenfeldbrukk bölgəsində yerləşən bələdiyyə.
Allonj
Allonj — Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəqdir. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.
Almanca
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Alrans
Alrans (fr. Alrance, oks. Alrança) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sal-Kyuran kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12006. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 26 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 204 nəfər (15-64 yaş) arasında 148 nəfər iqtisadi fəal, 56 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 72.5%, 1999-cu ildə bu 62.3%).
Aluank
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Atlant
Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Aylant
Aylant (lat. Ailanthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinə aid bitki cinsi.
Aylanu
Aylanu - türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir başqasının yerinə öz canını vermə, "Öz Yerinə Öz" anlayışı. Aylanı da deyilir. Bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir. Ən gözəl və ən mükəmməl nümunəsi Dəli Domrul əhvalatında iştirak edir. İnsanın nə qədər fədakarlıq və ərdəm sahibi olduğunun bir ilahi qüdrət tərəfindən ölçülməlidir. İnsanın lazım olduğunda ailəsi və bu səbəbdən vətəni uğrunda canından imtina edib keçə bilməyəcəyik sınanır. == Etimologiya == (Ay / Ağ) kökündən törəmişdir. Köçmək, dəyişmək mənalarını ehtiva edər. Aylanmak sözü gəzmək, hərəkət etmək, sürmək kimi tərkibə malikdir. Monqolcada Ayl sözcüyü qohumluq bağını ifadə edər.
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Almancı
Almancı — Almaniyada yaşayan türklərə aid edilən türkcə epitet. == Tarixi == "Almancı" termini türkcə "alman" sözünün kiçildilməsidir. Əvvəlcə 1960–1970-ci illərdə qastarbayter adı ilə Almaniyaya səyahət edən türk miqrantlara aid edilir, lakin sonradan bu termin daha geniş məna və konnotasiyaları əhatə etmək üçün təkamül etmişdir. Sonralar bu termin daha çox Almaniyada yaşamaqdan zövq alan, öz vətənlərinə istirahət yeri kimi baxan, ifrat milliyətçi, radikal islamçı və Ərdoğan tərəfdarı kimi baxılan Almaniyada yaşayan stereotipik türklərə aid bir termin olmuşdur. Bu termin bəzən Almaniyadakı türklər arasında materializm, mədəni yadlaşma və orijinallığın olmaması mənasını vermək üçün aşağılayıcı mənada istifadə olunur.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.