Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alleroy
Alleroy (Çeçenistan) — Çeçenistanda kənd. Alleroy (Kurçaloy) — Kurçaloy rayonu ərazisində yerləşən kənd. Alleroy (tayfa) — Çeçenistanda tayfa.
Alleroy (Kurçaloy)
Alleroy (çeç. Ӏаларой-Эвла) — Çeçenistan Respublikası, Kurçaloy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kurçaloy rayonunun və Alleroy kənd sovetliyinin mərkəzidir. == Coğrafiyası == Kənd Miçik çayın hər iki sahilində, Kiçik Miçik çayının ona töküldüyü hissədə, Kurçaloy rayon mərkəzindən 17 km şimal-şərqdə, Qroznı şəhərindən 60 km cənub-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Yuxarı Nayber kəndi, şimal-şərqdə — Koşkeldi kəndi, cənub-şərqdə — Mesketı və Qalaytı kəndləri, qərbdə — Sentoroy, şərqdə — İşxoy-Yurt. Kənd mülayim iqlimə sahibdir. Dəniz səviyyəsindən 270 metr yüksəklikdə yerləşir. == Tarixi == 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Alleroy kəndi Şuraqat olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Kənd bir müddət Şuraqat rayon mərkəzi funksiyasını yerinə yetirdi.
Alleqorik
Alleqoriya və ya Təmsil — hər hansı bir mücərrəd fikrin, anlayışın konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsidir. Orta əsrlər ədəbiyyatında alleqoriyadan geniş istifadə olunurdu. Yazıçılar və şairlər ədalət, xeyir, şər və s. haqqında fikirlərini antik mifolofiyadan aldıqları surətlər vasitəsilə ifadə edirdilər. Alleqoriya romantizmdə də mühüm yer tuturdu. Alleqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş istifadə edilir. Məsələn, belə əsərlərdə çox vaxt tülkü surəti – hiyləgər adamları, qurd – acgözləri, aslan - igid və mərd, ayi-qanmaz, nadan adamları təmsil edir. Məhəmməd Füzulinin "Bəngü Badə", Mirzə Ələkbər Sabirin "Tülki və qarğa" əsərləri alleqorik əsərlərdir. Dünya ədəbiyyatı tarixində ilk alleqoriyanın müəllifi Homer sayılır. Alleqoriya sözünün etimalogiyası isə latın dilindən "məclis, yığıncaq" mənasına gəlir.
Alleqoriya

Alleqro
Alleqro (it. allegro — cəld, canli, çevik) — Klassik rəqs dərsində, kiçik hoppanmalardan ibarət ortada gələn, çalışmanın yekun hissəsi. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) alleqro dördüncü yerdə gəlir.
Alleqra Lapi
Alleqra Lapi (d. 8 sentyabr 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Alleqra Lapi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Alleqro (film, 2005)
Alleqro—2005-ci ildə çəkilən Danimarka filmi. == Məzmunu == Əvvəlcə sizə bir qədər filmin rejissoru Kristoffer haqqında məlumat verək. Bu rejissor özünəməxsus dəstxətti və psixoloji müəllif filmləri çəkməsi ilə tanınır. Böyük kinoya qısametrajlı filmlərlə gələn rejissor "Yenidənqurma" (Reconstruction) filmi ilə məşhurlaşıb. Az büdcə ilə gözəl sənət əsərləri yaratmağa qadirdi. Filmləri gərgin psixoloji aura və monoxron effektli operator işi ilə seçilir. Kameranın daim hərəkətdə olması DOQME, xüsusən Lars Von Trier üslubunu xatırladır. Bu filmi də nağıl kimi danışan kəs var tamaşaçıya. Bu dəfə qəhrəman pianoçu Zetterströmdür. Zetterström Andrea adlı bir qadına aşiqdir.