Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almaqurdu
Almaqurdu (lat. Cydia pomonella) — yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aid kəpənək. Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100-150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1—2 meyvəni zədələyir. == Mübarizə tədbirləri == Almaqurduna qarşı mexaniki, kimyəvi (0,2—0,3% -li sevin məhlulu ilə) və bioloji üsullarla mübarizə aparılır.
Məhməd Akif Alaqurd
Mehmet Akif Alaqurd (23 iyul 1979, ordu) – aktyor, model, idmançı. == Həyatı == İlk və orta məktəbini İstanbul-da bitirdikdən sonra model olmağa qərar verdi. Anasının köməyilə modelliye Neşe Erberk-in agentliyinə daxil olaraq başladı. 1998-ci ildə "Gələcək Vəd Edən" və "Türkiyə Şahzadəsi" titullarını alıb. 2001-ci ildə "Best Model of Azerbaijan" müsabiqəsinə girdi və 1-ci oldu. Yenə eyni il "Best Model of Turkey" müsabiqəsinə girdi və 1-ci oldu. 2002-ci ildə Dünya 2-i oldu. 2016-cı ildə aktyorluq sənətindən uzaqlaşdı.
Mehmet Akif Alaqurd