Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamila Kabellonun aldığı mükafatların siyahısı
Kuban-Amerikan müğənni Kamila Kabello bir çox nominasiyalara namizəd göstərilmiş və 56-dan çox mükafat qazanmışdır. Kamila karyerasının başlanğıcında əvvəlcə özünü solo ifaçı kimi təqdim etmiş, az sayda əməkdaşlıq etdiyi sinqllar ("I Know What You Did Last Summer") buraxmışdır. Onun Machine Gun Kelly ilə ərsəyə gələn "Bad Things" mahnısı Billboard Hot 100də ilk 4-ə yüksəlmiş və Radio Disney Music Award mükafatını qazanmış, 2017 Billboard Mahnı Mükafatlarına isə Ən Yaxşı Əməkdaşlıq kateqoriyasına namizəd göstərildi. Həmin ildə Billboard Women in Music mükafatının Ən Yaxşı Artist kateqoriyasını qazanmışdır.
Alan Rikmanın aldığı mükafat və nominasiyaların siyahısı
Aşağıdakı siyahıda Alan Rikmanın kino və teatr sahəsindəki fəaliyyətinə görə aldığı mükafat və nominasiyalar göstərilmişdir.
Şahrux Xanın aldığı mükafatların və nominasiyaların siyahısı
Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür. Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına, 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb. O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır.