Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amankənd
Amankənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Amankənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponimikada bu yaşayış məntəqəsinin adını Qarabağın otuzikilər tayfasının amanlı tirəsinin adı ilə bağlayırlar. Oykonim "amanlı tirəsinə məxsus kənd" deməkdir. Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Amankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun cənub istiqamətində yerləşir. Dərvişli, Ağalıkənd və Ovçubərə kəndləri ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Tanınmış şəxsləri === Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor. === Şəhidləri === Babayev Rauf Əzizağa oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini. Kərimov Eyvaz Əzizağa oğlu (1975–1994) — Birinci Qarabağ müharibəsi şəhidi.
Amankənd bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.