CƏNUB

CƏNUB Bizim aynabənd cənuba baxdığından yayda çox isti olur, qışda isə o qədər də soyuq olmur (M.İbrahimov); GÜNEY [Hüseyn:] Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən (N.Vəzirov); QİBLƏ (köhn.) Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir (N.Vəzirov).

CƏNNƏT
CƏRƏS
OBASTAN VİKİ
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Cənub Aşırımı
Cənub Aşırımı - Everest və Lhotze, yəni müvafiq olaraq dünyanın ən yüksək və dördüncü ən yüksək dağları arasında aşırımdır. Cənub Aşırımı adətən yüksək küləklər altında qalır və buna görə də əhəmiyyətli dərəcədə qar yığımından azad olur. 1950-ci ildən (Tibet bağlandıqda) Everest ekspedisiyalarının əksəriyyəti Nepaldan çıxaraq cənub-şərq silsiləsi və Cənub Aşırımı yolu ilə gedirlər. Alpinistlər Nepaldakı cənub-şərq silsiləsindən Everestə qalxmağa çalışdıqda, son düşərgəni (adətən IV Düşərgə) Cənub Aşırımında qururlar. Cənub Aşırımına ilk dəfə 12 May 1952-ci ildə Aubert, Lambert və Eduard Viss-Dunantın İsveçrə Dağ Everest Ekspedisiyası dırmanmışdır. Onlar zirvəni fəth edə bilməmişdilər. Cənub Aşırımında alpinistlər ölüm zonasına girirlər. Hündürlükdəki xəstəlik bu yüksəklikdə əhəmiyyətli bir təhlükədir və asanlıqla ölümcül olduğunu sübut edə bilər. Yatmaq da çətindir və alpinistlərin əksəriyyətinin həzm sistemləri əhəmiyyətli dərəcədə yavaşlayır və ya tamamilə dayanır. Bunun səbəbi, bu yüksəklikdə bədənin yeni qida həzm etməkdən daha çox enerji mənbələrindən istifadə etməsidir.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Cənub Dili
Cənub Dili - dil Çilov adasının ucqar cənub-qərbində yerləşir. Dilin eni dənizin içərilərinə doğru getdikcə kiçilir. Dilin cənubundan beynəlxalq əhəmiyyətə malik olan Bakı Türkmənbaşı dəniz yolu keçir.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m. Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir.
Cənub Qütbü
Cənub qütbü — Yer kürəsinin ən cənub nöqtəsidir.
Cənub TV
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub Televiziyası
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Cənub balinası
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı. Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir). Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır.
Cənub bülbülü
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Cənub dəlizoğalı
Cənub dəlizoğalı İlk dəfə Qafqazda təsvir edilmişdir; Krımda, Volqanın aşağı sahillərində təbii halda bitir. Boyu 4 metrə çatan, geniş çətirli, tutqun yaşıl rəngli koldur. Yarpaqlarının uzunluğu 9 sm-ə qədərdir, saplaqlı, dəyirmi və ya geniş pazvarıdır, damarları 4-5 cüt olmaqla aydın seçilir, üst tərəfdən parlaq-yaşıl, alt tərəfdən nisbətən solğun, tükcüklüdür. Çiçək qrupu 6 sm enində olub, qalxanvarı çətirdə yerləşir. Kasacığı qısa dişlidir, daxildən tükcüklüdür, ləçəkləri neştərvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsi kürəvarıdır, qaramtıl, çəyirdəklidir. Toxumunun 1000 ədədi 48-50 qramdır. Kök pöhrələri ilə yaxşı çoxalır. Çay kənarlarında, qayalarda, rütubətli yerlərdə bitir.
Cənub kordilinası
Cənub kordilinası (lat. Cordyline australis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin kordilina cinsinə aid bitki növü. Yeni Zelandiya endemikidir. Türkiyədə, Şimali-Qərbi Suriyada, Cənubi Qafqazda, Qərbi Avropada, Cənubi Amerikada və bir çox başqa ölkələrdə qayalı açıq yamaclarda və quru düzənliklərdə bitir. Hündürlüyü 12 m-ə qədər olan, bünövrəsindən qalınlaşmış ağac və ya koldur. Gövdədə yarpaqlar dəstəyə yığılmışdır. Budaqları düz dayanandır. Kladodiləri əyri-uzunsov-lansetvari, parlaq, uzunluğu 5-6 sm, eni 1,5-2 sm olub, ucu bizdir. Budaqlarının təplərində uzunluğu 0,3-1 m-ə qədər olan yarpaq topaları vardır. Yarpağı oturaq, qılıncvari, yaşıl, uzunluğu 40-90 sm, eni 3-7 sm-dir, çoxsaylı paralel damarcıqlıdır.
Cənub nalburunu
Cənub nalburunu (lat. Rhinolophus euryale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. 3 (1994 - 2000-ci illərdə BTMİ-nın Qırmızı Siyahısındə «həssas» - VU A2c növ kimi qiymətləndirilmişdir). Nadir, azsaylı, periferik növ olmaqla məhdud ərazilərdə yayılmışdır. Qafqazda ekspert dəyərləndirmələrinə görə «nəsli kəsilmək təhlükəsi» (EN) statusuna malikdir. Areal R. euryale Şimal-şərqi Afrika, Cənubi Avropa, Qafqaz, Kiçik, Ön və Orta Asiyanın d.s-dən 1500 m qədər aşağı meşəlik ərazilərini əhatə edir. Qafqazda qeyri bərabər yayılmaqla d.s-dən 1250 m aşağı qeydə alınmışdır. Azərbaycanda təsadüfi fərdlər 4 məntəqədə, Kiçik Qafqazda, daha dəqiq Ordubad Milli Parkında və Dağlıq Qarabağda tapılmışdır. Azərbaycanda arid landşafta malik ərazilərdə məskunlaşmışdır. Areal daxilində cənub nalburunu oturaq növdür.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənub qambiti
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Cənub qaramurdaçası
Cənub qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Cənub slavyanları
Cənub slavyanları — müasir slavyan xalqları və əsasən Balkanlarda yaşayan cənubi slavyan dillərində danışan tayfaların bir qrupu. bolqarlar makedonlar serblər xorvatlar bosniyalılar monteneqrolular slovenlər Tarixən, xüsusilə vahid Yuqoslaviya dövründə, cənub slavyanlarının cənub-qərb alt qrupunu "Yuqoslavlar" adlı vahid millətçi ünsürə birləşdirmək cəhdi görülmüşdür. Osmanlı dövründə türklərin güclü təsiri altında yaşayan cənub slavyanlar qrupunda müsəlman slavyanlar önə çıxır. Cənub slavyanlarının əsas əhali olduğu yeddi ölkə var: Bolqarıstan (84 % bolqarlar) Serbiya (82 % serblər, 2 % boşnaklar, 1 % yuqoslavlar, 1 % xorvatlar, 1 % monteneqrolular) Xorvatiya (90 % xorvatlar, 4 % serblər, 1,7 % boşnaklar) Bosniya və Herseqovina (48 % boşnaklar, 37 % serblər, 14 % xorvatlar) Şimali Makedoniya (65 % makedonlar, 2 % serblər, 1 % boşnaklar) Sloveniya (83 % slovenlər, 2 % serblər, 2 % xorvatlar 1 % boşnaklar) Monteneqro (44,98 % monteneqrolular, 28,73 % serblər, 8,65 % boşnaklar, 3,31 % müsəlman slavyanlar, 0,97 % xorvatlar, 0,34 % serblər-monteneqrolular, 0,19 % yuqoslavlar, 0,15 % makedonlar, 0,07 % boşnaklar, 0,06 % slovenlər, 0,04 % müsəlman monteneqrolular, 0,03 % qoralılar) Bundan əlavə, qeyri-slavyan qonşu ölkələrdə ənənəvi olaraq xeyli cənub slavyan azlıqları yaşayır: İtaliya: (slovenlər, xorvatlar) Avstriya: (azlıq kimi tanınan slovenlər və xorvatlar.
Cənub söyüdü
Cənub terminaliyası
Cənub terminaliyası (lat. Terminalia australis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Cənubi Bismark plitəsi
Cənubi Bismark plitəsi — tektonik mikroplitə olaraq 0,00762 steradion sahəyə malikdir. Adətən Sakit okean plitəsinin tərkib hissəsi kimi göstərilir. Bismark arxipelaqı (Yeni Britaniya), Yeni Qvineyanın şimal-şərqi hissəsi, Solomon dənizinin şimal-qərbi, Bismark dənizinin isə cənubu bu plitənin üzərində yerləşir. Konvergent sərhəddində Yeni Britaniya və Solomon adaları yerləşir. Vudlark, Şimali Bismark, Manus və Solomon dənizi plitələri ilə əhatələnmişdir.
Cənubi Brianson
Cənubi Brianson (fr. Briançon-Sud) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0525. Cənubi Brianson kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Brianson kommunasıdır. 2007-ci ildə əhalinin sayı 10 511 nəfər təşkil edirdi.
Cənubi Buq
Cənubi Buq — Ukraynanın cənub qərbində çay. Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2. Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur.
Cənubi Cimahi
Cənubi Cimahi — Cimahi, Qərbi Yava, İndoneziyada rayon. 2014-cü ildə Cənubi Cimahinin 238,792 nəfər əhalisi olub.
Cənubi Dakota
Cənubi Dakota (ing. South Dakota) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Pirr şəhəridir.
Cənubi Egey adaları
Cənubi Egey adaları (yun. Περιφέρεια Νοτίου Αιγαίου) — Yunanıstanın 13 periferiyasından biri. Periferiyanın inzibati mərkəzi — Siros adasında yerləşən Ermupolis şəhəridir. Sahəsi 5.286 nəf./ km² və ölkənin 4 %-ni əhatə edir. 1987-ci ildə yerli idarəetmə haqqında Qanuna 1622/86 əsasən yaradılmışdır. 2011-ci ildə, Kallikratis proqramına əsasən mərkəzi Pirey ilə Egey adaları desentralizasiya idarəsinə daxil edildi.
Cənubi Florida Sankt-Peterburq Universiteti
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti
Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir. Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq və Leykland kimi başqa şəhərlərində yerləşir. Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır. 1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.
Cənubi Florida Universiteti Sankt-Peterburq
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Cənubi Georgiya
Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həmdə Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır. Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur.
Cənubi Georgiya və Cənubi Sandviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.
Cənubi Hollandiya
Cənubi Hollandiya (nid. Zuid-Holland [ˈzœy̆t ˈɦɔlɑnt] ( dinlə)) — Şimal dənizində və Niderlandın qərb hissəsində yerləşən əyalət. Əyalətin mərkəzi Haaqa, ən böyük şəhəri Rotterdamdır.
Cənubi Kaliforniya Universiteti
Cənubi Kaliforniya Universiteti (ing. University of Southern California) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən ali təhsil müəssisəsi. Xarici tələbələr ölkə universitetlərindən ən çox bu universitetdə təhsil alırlar. Universitetin Mühəndislik fakültəsi zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir və bu sahədə kadrların hazırlanması üzrə ən yaxşı mərkəzlərdən biri kimi məşhurdur.
Cənubi Kareliya
Cənubi Kareliya (fin Etelä-Karjala; isv. Södra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Kyumenlaakso, Cənubi Savoniya və Şimali Kareliya, o cümlədən Rusiya (Kareliya Respublikası və Leninqrad vilayəti) ilə əhatələnib. Cənubi Kareliya Regional Şurası doqquz üzv bələdiyyənin ortaq bələdiyyə orqanıdır. Şura regional inkişaf orqanı və regional planlaşdırma vahidi kimi fəaliyyət göstərir və regional maraqlara nəzarət edir. Şura Cənubi Kareliyada iqtisadi inkişafı və mədəni rifahı təşviq edir və regional inkişaf və planlaşdırma üçün qanuni məsuliyyət daşıyır. AB-nin Cənubi Kareliya üçün Regional Hədəf Proqramları qismən müxtəlif layihələri həyata keçirdiyi və koordinasiya etdiyi üçün Şurada hazırlanmışdır. Şura AEBR kimi bir sıra beynəlxalq təşkilatlarda da təmsil olunur. Vilayət iki rayondan və 9 kommunadan ibarətdir. İmatra və Lappeenranta kommunaları şəhər statusu almışdır.
Cənubi Karolina
Cənubi Karolina (ing. South Carolina) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbiya şəhəridir.
Cənubi Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Cənubi Koreya
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Cənubi Koreya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Koreya Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Cənubi Koreya Respublikası
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Cənubi Koreya Xarici İşlər Nazirliyi
Cənubi Koreya Xarici İşlər Nazirliyi — Cənubi Koreyanın diplomatik münasibətlərindən məsul olan icra orqanı. Nazirlik 17 iyul 1948-də yaradılmışdır. 1998-ci ilədək Nazirlik Xarici İşlər Nazirliyi adlandırılmışdır, sonra ticarət sahəsindəki yurisdiksiyasını genişləndirərək Xarici İşlər və Ticarət Nazirliyi olaraq tanınırdı. Lakin 2013-ci ildə köhnə adını yenidən götürdü. Nazirlik Seulun Çonnoqu şəhərində yerləşir. Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi, 19 fevral 2018-ci il tarixində Koreya Respublikası və İsveçrənin xarici işlər nazirləri arasında danışıqlar aparmağı açıqladı və bu çərçivədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Koreya yarımadasının müzakirəsi planlaşdırılırdı.
Cənubi Koreya bayrağı
Cənubi Koreya bayrağı — Koreya Respublikasının Dövlət bayrağı Cənubi Koreyanın bayrağındakı ağ rəng Koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm). Bu emblemdə 2 əks enerji, "in" və "yan" bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. "İn-yan" Böyük Başlanğıcın sintezi olub, Koreya dilində "theqık" adlanır. Buna görə də Koreya bayrağı "theqıkki" adlandırılır. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, "in" (qırıq-qırıq zolaqlar) və "yan"dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.
Cənubi Koreya gerbi
Cənubi Koreya gerbi — Cənubi Koreyanın rəsmi gerbi.
Cənubi Koreya milli parklarının siyahısı
Təbiət koreyalıların əsas xəzinəsi hesab olunur. Buna görə də Cənubi Koreyada zəngin təbiətə, abidələrə, tarixi məbədlərə malik çoxlu sayda milli parklar mövcuddur. Seoraksan milli parkında 3500 KRW (3$) olaraq giriş pulu yığılır. Yığılan məbləğ ətraf mühitin qorunmasına xərclənir. Seoraksana yazda və ya payızda getmək tövsiyə olunur, halbuki, yayda da getsəniz özünüzlə isti paltar götürməli olacaqsınız. Parkın ərazisində avtomobil dayanacağı, düşərgə qurmaq istəyənlər üçün yer, otellər, yeməkxanalar, sport mağazaları mövcuddur. Cənubi Koreyanın ən böyük parkı olan Seoraksanın ərazisi 398 kvadrat kilometrdir. Həmçinin onun ərazisində 30 zirvə və müəyyən çətinlik dərəcəsinə və müddətinə(bir neçə saatdan 3 günə qədər) görə fərqlənən dağ yürüyüşü üçün marşrutlar vardır. Ən maraqlısı Ulsanbavi dağına olan yürüşdür. Son 888 pilləkən sildırım qayadan yuxarı doğru gedir.

Значение слова в других словарях