Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəhaəddin Amoli
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (16 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası, Osmanlı imperiyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Həsən Həsənzadə Amoli
Həsən Həsənzadə Amoli (10 fevral 1926 – 25 sentyabr 2021, Amul, Mazandaran ostanı) — İranlı Əllamə. == Haqqında == Əllamə Həsənzadə Amuli 1929-cu ildə İranın Mazandaran əyalətinin Amul bölgəsində, Larican şəhərində dünyaya gəlib. O, altı il Amul şəhərinin Cümə məscidində dini təhsil alıb. Əllamə Amuli 22 yaşında Tehrana yollanıb. Orada o, Ayətullah Mirza Şəərani, Hacı Mirza Qomşei, Mirza Qəzvini, Hacı Şeyx Məhəmmədtəqi Amuli kimi alimlərdən dərs alıb. 1963-cü ildə Həsənzadə Amuli İranın Qum şəhərinə köçüb və orada Əllamə Təbatəbai, Seyid Həsən Təbatəbai və Seyid Qazi Təbatəbaidən elm öyrənib. Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, hədis və sair elmlərin sahibi və bu fənlər üzrə kitabların müəllifi olub.
SNOBOL (StriNg-Oriented symBOlic Language)
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
Dolores Ambriç
Dolores Ceyn Ambriç — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı xəyali bir obraz. Obraz, beşinci roman Harri Potter və Simurq Ordeninin əsas düşmənlərindən biridir və Sehrbazlıq Dünyasına Lord Voldemortun dönüşünü bildirən Harri Potter və Albus Dambldordan ələ almaq üçün Sehr Nazirliyi tərəfindən Hoqvartsa yerləşdirildi. Hoqvartsda olanda Ambriç güc qazanır və məktəbi kontrol etmək məqsədilə Sehr Nazirliyi tərəfindən "Yüksək Vəkil" olaraq atanır. Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq atanmasına baxmayaraq, Ambriç bu haqda praktik şeylər öyrətməyi rədd edər və bu da tələbələrin özlərini necə müdafiə edəcəklərini öyrənmələri üçün Dambldorun Ordusunun qurulmasına yol açar. Ambirç, çox vaxt ən alçaqlıq və nifrət edilən obrazlardan biri olaraq görünür və seriyanın ən yaxşı pis obrazlardan biri olaraq qəbul edilir. Ambriç, Harri Potter və Simurq Ordeni və Harri Potter və Ölüm Hədiyyələri I Hissədə İmelda Staunton tərəfindən canlandırılmışdır. == Bioqrafiyası == Dolores Ceyn Ambriç, Sehrbaz bir ata və Maql bir ananın qızları olaraq dünyaya gəldi. Daha sonra Kuklaçı olan kişik bir qardaşı oldu. Atasının təsiri altında, Dolores sehrli olmayan bacarıqlarına görə anasını və qardaşını alçaldaraq böyüdü. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbində Slizerin Binasına seçildi və heçbir zaman liderlik mövqeyini ala bilmədiyindən məktəbdəki vaxtını boşa keçirdiyini düşündü.