Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anafaza
Anafaza — (yunan. - yuxarı) - hüceyrənin mitoz bölünməsində bir faza. Bölünmənin bu mərhələsində hüceyrənin ekvatorunda yerləşən ikiləşmiş xromosomlara sürətlə aralanır və qütblərə çəkilir. == Mənbə == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi, 2011, səh. 63 == Xarici keçidlər == Mitosis Animation. Mitosis (Flash Animation) Video of a live amphibian lung cell undergoing mitosis.
Anavarza
Anazarb — Türkiyənin Adana ilinin Qədirli, Ceyhan və Kozan ilçələrinin kəsişdiyi yerdə, Kozan ilçəsi içərisində, Kilikiya bölgəsində yerləşən antik şəhər. Bu antik şəhər XV əsrə qədər mövcud olmuş və sonra məhv olmuşdur. Roma dövründən qalma tarixi ilə Anadolunun ən qədim xarabalıqlarındandır. Türkiyədə Efes antik şəhərindən sonra ən məşhur antik şəhərdir. Şəhər Roma dövründə qurulmuşdur. Sonra Assuriyanın, ərəblərin, Abbasilərin, ermənilərin, Bizansın, Səlibçilərin, Məmlüklərin, Türkmənlərin, Osmanlının əlinə keçmişdir. 2014-cü ildə Anavarza antik şəhəri YUNESKO-nun "Müvəqqəti Dünya İrsi" siyahısına salınmışdır. == Yerləşdiyi yer == Bir zamanlar Kilikiya ovasının mərkəzlərindən olan Anavarzanın antik mənbələrdə adı Anazarbos, Anazarba, Aynızarba və ya Anazarbus olaraq çəkilir. Adananın təqribən 70 km şimal-şərqində, Kozan ilçəsinin 28 km cənubunda, Diləkqaya kəndindəki bu antik şəhər, Sunbas çayının Ceyhan çayı ilə birləşdiyi yerin 8 km şimalında ada kimi yüksələn bir təpə üzərindədir. Bakı ilə Anavarza arasındakı məsafə 1729 km-dir.
Anafora
Anafora (yun. "anaphora" - təkrir) — şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni söz və ifadənin təkrarı yolu ilə yaranan bədii ifadə vasitəsidir. Yaraman tərzinə görə ədəbiyyatımızda fonetik, leksik və sintaktik anaforaya tez-tez təsadüf edilir. Səməd Vurğun poeziyasından gətirdiyimiz aşağıdakı nümunə leksik anaforaya aiddir.
Anakapa
Anakapa (ing. Anacapa) — Kaliforniyanın qərb sahilindən təxminən 23 km məsafədə yerləşən kiçik uzunsov formaya malik vulkanik ada. Ada Kanal Adaları qrupuna aiddir və Çannel Adaları Milli Parkının bir hissəsidir. Anakapa adı bölgədə ispan mənşəli olmayan yeganə adadır. Ada 3 hissədən (şərqi, mərkəzi və qərbi Anakapa) ibarətdir və 2,95 km² əraziyə malikdir. Adanın şərq hissəsində 2000-ci il siyahıyaalınmasına əsasən üç gözətçi tərəfindən idarə olunan Milli Parkın Ziyarətçi Stansiyası var. Bundan əlavə Anakapa Mayakı burada yerləşir. == Qalereya == Şəkillər == Mənbə == Channel Islands National Park Channel Islands National Marine Sanctuary Anacapa Island Site with Photos and History Winfield Scott History Anacapa Island Restoration Blog Volunteer on Anacapa Island!
Anayasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Anataz
Anataz — mineral, TiO2 == Haqqında == Anataz - tetraedrik. Krisralları dipiramidal, lövhəvari və prizmatik. Ayrılma {001} və {011} üzrə mükəmməl. Rəngi qonur, qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,9. Tək-tək dənələr şəklində peqmatit və şistlərdə, alp tipli damarlarda, səpintilərdə və boksitlərdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Anazağa yaşayış yeri
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. == Tədqiqi == Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir.Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur.Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir.Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir. Düşərgəni əhatə etmiş qayaların təxminən e.ə. VII-VI minilliklərdə baş vermiş yerdəyişməsi nəticəsində yaranmış təhlükəli vəziyyət qazıntı sahələrinin hər yerində alt (Mezolit) mədəni təbəqəyə çatmağa imkan verməmişdir.Qazıntı sahəsindəki alt təbəqə üst Paleolitdən Mezolitə keçid və Mezolitin ilk mərhələsinə, orta təbəqə isə əsasən Mezolit və Mezolitdən Neolit keçid mərhələsinə aiddir. Burada alt və orta təbəqələr arasında lal qatın olmaması onların yaranma dövrü arasında uzun bir fasilənin olmaması ilə bağlıdır.
İvan Mazepaya anafema qoyulması
Getman Mazepaya anafema qoyulması – 12 noyabr 1708-ci ildə rus pravoslav kilsəsi Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın tərəfinə keçərək dövlətə xəyanət etmiş getman İvan Mazepaya anafema ( kilsədən uzaqlaşdırma) qoymuşdur. XX əsrin əvvəllərində (Ukrayna Xalq Respublikası dövründə) və indiki dövrdə bir sıra ukraynalı ictimai xadim, müxtəlif kanonik statusa malik dini təşkilatlar İvan Mazepaya verilən anafemanı siyasi akt kimi tənqid etmiş və rus pravoslav kilsəsinə bu qərarın rəsmi şəkildə ləğvi barədə tələb irəli sürülmüşdür.. == Anafema qoyulmasının tarixi == 29 oktyabr 1708-cu ildə I Pyotr Mazepanın xəyanəti barədə xəbər aldıqdan sonra növbəti gün təşkil olunmuş hərbi iclasda Baturini kökündən məhv etmək, Getmanşinanın paytaxtını [[Rusiyanın sərhədində yerləşən Qluxov şəhərinə köçürmək qərara alınmışdır. Qluxovda yeni getman seçkiləri keçiriləcəkdi. 7 noyabrda seçkilər baş tutmuş, 8 noyabr tarixində isə “Kiev, Çerniqov, Pereyaslavl Arxiyereyləri” Qluxova çağırılmışdır.. 12 noyabr 1708-ci ildə Qluxovda yerləşən Troiça soborunda I Pyotrun iştirakı ilə Kiev, Qaliç və Malaya Rusiyanın əslən Lvovdan olan mitropoliti İoasaf digər arxiyeraların: Çerniqovsk və Novqorod-Severskinin arxiyepiskopu İohann və Pereyaslavl yepiskopu Zaxariya lituriya həyata keçirərək “Mazepa və onun tərəfdarlarını əbədi lənətləyirlər".Həmin gün Qluxovda keçmiş getmanın simvolik olaraq edamı həyata keçirilir. Həmin hadisə belə təsvir edilmişdir: “Mazepanın döyülmüş müqəvvasını meydana gətirdilər. İlk öncə getmanın cinayəti və cəzası haqda hökm oxundu;daha sonra knyaz Menşikov və qraf Qolovkin ona verilən getman rütbəsi, mövcud gizli məsləhətçi çini vəAndrey Pervozvannı ordenini qopararaq, həmçinin müqəvvadakı ordenin lenti də çıxartdılar. Sonra satqının təsvirini cəllada tulladılar; hamı onu ayaqladı, cəllad isə ipə bağlanmış müqəvvanı şəhərin küçə və meydanlarından edam yerinə qədər sürüyərək gətirdi. Nəhayət, sonda müqəvvanı dar ağacından asdı”.