Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anaxronizm
Anaxronizm — Hər hansısa bir hadisə və ya şəxslə bağlı olan tarixi dövrün xronoloji uyğunsuzluq təşkil etməsinə verilən ad. Anaxronizm termin kimi əsasən ədəbiyyat və mədəniyyət sahələrində olan əsərlərdə həmin dövrdə mövcud olmayan xüsusiyyətləri ifadə etmək üçün istifadə edilir.
II Andronik Paleoloq
II Andronik Paleoloq (yun. Ανδρόνικος Β' Παλαιολόγος, translit. Andrónikos V' Palaiológos; 25 mart 1259, İznik, Bizans imperiyası – 13 fevral 1332, Konstantinopol) — Bizans imperatoru (hak. 1282–1328). O, Bizansın 1204-cü ildə səlibçilər tərəfindən ələ keçirilmiş keçmiş torpaqlarını geri almış və feodalların separatçı istəklərini yatırmışdır. Papa ilə ittifaqa qarşı çıxan Paleoloq Kiçik Asiyada güclü türk basqınçılara qarşı vuruşmuşdur. 1321-ci ildə zadəganlar nəvəsi III Andronik Paleoloqu (hak. 1341–1328) taxta çıxarmaq üçün ona qarşı üsyan etmişdilər. Uzunmüddətli bir mübarizədən sonra taxtdan enmək məcburiyyətində qalan Paleoloq 1332-ci ildə monastırda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Vasilyev, Aleksandr Aleksandroviç.
III Andronik (Trabzon imperatoru)
III Andronik Komnenos (yun. Ἀνδρόνικος Μέγας Κομνηνός)(1310, Trabzon – 8 yanvar 1332, Trabzon) — 10-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından taxta çıxmışdır. İlk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmiş, digər qardaşı Vasiley isə vaxtilə əmisi Mixailin etdiyi kimi, qaçaraq Bizans imperatoruna sığınmışdır. 20 ay davam edən qısa səltənətində imperiya daxili çəkişmələrə şahid oldu. 8 yanvar 1332-ci ildə atası kimi babun taunu səbəbilə vəfat etmişdir. Ölümündən sonra nigahdan kənar doğulan oğlu Manuel taxta çıxmışdır. == Ailəsi == II Manuel == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
II Andronik (Trabzon imperatoru)
II Andronik Komnenos (yun. Ἀνδρόνικος Κομνηνός)(1240, Trabzon – 1266, Trabzon) — 5-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ilk xanımı Anna Xaylalodur. Atasının vəfatının ardından 1263-cü ilin martında taxta çıxdı. Onun üç illik qısa səltənətində Trabzon ticarət mərkəzi olaraq daha da inkişaf etdi. Ancaq atası dönəmində fəth edilən Sinop əyaləti 1266-cı ildə yenidən Anadolu səlcuqları tərəfindən işğal edildi və bu bölgədə Pərvanəoğulları bəyliyi yaradıldı. Beləcə, Anadolu səlcuqları Qara dənizdə donanma qurmağa başladı və ticarətdə Trabzonlulara rəqib olmağa başladı. 1266-cı ildə vəfat etmişdir. Övladı olmadığı üçün yerinə qardaşı Qriqori taxta çıxmışdır. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c.
I Andronik (Trabzon imperatoru)
I Andronik Gidos (yun. Ἀνδρόνικος Κομνηνός Γίδος) (XII əsr – 1235, Trabzon) — 2-ci Trabzon imperatoru.Haqqında məlumat azdır. Trabzon imperatoru I Aleksey Komnenosun adı bilinməyən qızıyla evlənmişdir. İmperator 1222-ci ildə vəfat etdiyi əsnada oğulları azyaşlı olduğu üçün Andronik Gidos onun yerinə taxta çıxdı. Onun səltənətində Rum sultanı Əlaəddin Keyqubadın Trabzona olan hücumlarının qarşısı alınmışdır. Daha sonra Yastıçəmən müharibəsində Anadolu səlcuqlarına qarşı Xarəzmşah Cəlaləddini dəstəkləyən Andronik Gidos 1235-ci ildə vəfat etdi. I Aleksey Komnenosun qızıyla olan evliliyindən övladı olmamışdır. == Mənbə == W. Miller, Trebizond: The Last Greek Empire of the Byzantine Era, Chicago 1926. George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce).