Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andamanlılar
Andamanlılar — Andaman adalarının yerli xalqlarıdır. Hazırda onların sayı 200—300 nəfər təşkil etdiyi düşünülür. Çavaralar və Onqelərin sayının 100 nəfər olması düşünülür. Şimali Senrinel adasında yaşayan Sentinellərın sayının 50 (bəzi mənbələr 250) nəfər təşkil edir. Sentinellər xarici aləmlə heç bir əlaqə qurmurlar. Bu səbəbdən nə sayları nə də dilləri haqqında məlumat əldə etmək mümkün deyildir. Hindistan hökuməti onları ciddi şəkildə mühafizə edirlər. Onların izolyasiyası tam təmin edilir. == Yayılması == Andamanlılar əvvəlki dönəmlərdən fərli olaraq hszırda Andaman adalarının daxili xissələrini və Şimali Sentinel adasında cəmləşmişlər. Hindistanın müstəqil olmasından sonra inzibati mərkəz Streyt adasına yerləşdirilir.
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. == Haqqında == Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.