Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anlaşma memorandumu
Anlaşma memorandumu iki (ikitərəfli) və ya daha çox (çoxtərəfli) tərəflər arasında bağlanan müqavilə növüdür. O, nəzərdə tutulan ümumi fəaliyyət xəttini göstərməklə tərəflər arasında iradənin yaxınlaşmasını ifadə edir. Bu, çox vaxt ya tərəflərin hüquqi öhdəliyi nəzərdə tutmadığı hallarda, ya da tərəflərin qanuni qüvvəyə minən müqavilə yarada bilmədiyi hallarda istifadə olunur. Bu, centlmen sazişinə daha formal alternativdir. Sənədin icbari müqavilə olub-olmaması yalnız sənədin mətnində ("dörd künc" adlanan) dəqiq müəyyən edilmiş hüquqi elementlərin olub-olmamasından asılıdır. Tələb olunan elementlər təklif və qəbul, nəzərə alma və qanuni olaraq bağlı olmaq niyyətidir (animus contrahendi). ABŞ-də müqavilənin mallar (Vahid Ticarət Məcəlləsinə müvafiqdir) və ya xidmətlər (ştatın ümumi qanunlarına müvafiq) üçün olmasından asılı olaraq xüsusiyyətlər bir qədər fərqlənə bilər. Bir çox şirkətlər və dövlət orqanları departamentlər, agentliklər və ya yaxın şirkətlər arasında əlaqələri müəyyən etmək üçün anlaşma memorandumlarından istifadə edirlər.
Anlamaq istəyirəm (film, 1980)
Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur. == Məzmun == İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam...
Bethoveni anlamaq (film, 2006)
"Bethoveni anlamaq" (ing. Copying Beethoven) — 2006-cı il istehsalı, Lüdviq van Bethovenin həyatından bəhs edən bir film. == Məzmun == Bethoven fırtınalarla keçən həyatının yetkinlik dövründədir. Qulaqlarının eşitmə qabiliyyətini getdikcə itirməsinə baxmayaraq 9-cu simfoniya üzərində çalışmaqdadır. Bu arada notların təmizlənməsi və təkmilləşməsi üçün öz istəyi ilə köməkçi ayırır. Beləliklə, onun köməkçisi Anna Holtz adında qadın olur. Lakin, Bethoven başlanğıcda köməkçisinin qadın olmasından çox da xoşlanmır. Bir müddətdən sonra Anna Bethovenin sağ əlinə çevrilir, lakin, bu vaxt ərzində sevgilisi və öz həyatı ilə vidalaşmalı olur. Film bəstəkarın ölüm döşəyinə düşməsiylə bitir.