CODLAŞMAQ f. Cod olmaq, zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, qabalaşmaq, sərtləşmək. Tükləri codlaşmaq. // Məc. mənada. Hidayət yenə də təmkinini saxlamağa çalışsa da, codlaşdı, açılışdı. B.Bayramov. Üzünü niyə yana tutursan, ə, eşitmirsən? – Dilavərin səsi codlaşdı. V.Şıxlı.