Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Andronov
Aleksandr Andronov – rus fiziki, SSRİ EA akademiki (1946), Qorki universitetinin professoru (1934). Əsərləri qeyri-xətti rəqslər nəzəriyyəsinə və avtomatik tənzimləmə nəzəriyyəsinə aiddir. Andronov qeyri-xətti rəqslər nəzəriyyəsi məsələləri üçün ilk effektiv riyazi metod vermişdir (1928). Bu metod vasitəsilə avtorəqslərin dəqiq nəzəriyyəsinin əsaslarını yaratmış, radiotexnika, avtomatik tənzimləmə və s. sahələr üçün mühüm əhəmiyyəti olan qeyri-xətti məsələlərin həllinə tətbiq etmişdir. Qeyri-xətti rəqslər sahəsində elmi məktəb yaratmışdır.
Andronov mədəniyyəti
Andronov mədəniyyəti — Rusiyada arxeoloji mədəniyyət Andronovo mədəniyyəti (Andronovo mədəni-tarixi icması) - Cənubi Trans-Ural, Qərbi Sibir düzənliyinin cənubu, Qazaxıstan, Altay ərazisini tutan tunc dövrü, eramızdan əvvəl 16-12-ci əsrlərə aid əlaqəli arxeoloji mədəniyyətlərin ümumi adı. Ob bölgəsi, Kuznetsk və Xakass-Minusinsk hövzələri. Mədəniyyət 1927-ci ildə S. A. Teplouxov tərəfindən təcrid edilmişdir. Adını Andronovo (Krasnoyarsk diyarı) kəndi yaxınlığındakı məzarlıqdan almışdır. Cənubda mədəniyyət Aral bölgəsinin əlaqəli Təzəbağyab mədəniyyəti ilə, qərbdə ağac-karkas mədəniyyəti ilə həmsərhəddir. Mədəniyyətin şimal və şərq sərhədləri aydın şəkildə izlənilmir. == Tarixi == Adı 1914-cü ilin avqustunda A. Ya Tuqarinovun ilk dəfnləri aşkar etdiyi Uhur şəhəri yaxınlığındakı Andronovo kəndindən gəlir. Andronovo mədəniyyəti 1927-ci ildə sovet arxeoloqu S. A. Teplouxov tərəfindən müəyyən edilmişdir. Tədqiqat 1948-ci ildə Andronovo mədəniyyəti abidələrinin ilk təsnifatını təklif edən arxeoloq K.V.Salnikov tərəfindən də aparılmışdır. O, üç xronoloji mərhələ müəyyən etdi: Fedorovski, Alakulski və Zamaraevski.
Andropov rayonu
Andropov rayonu (rus. Андроповский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kursavka kəndidir. == Coğrafiyası == === Coğrafi yerləşmə === Rayon Stavropol diyarının cənub-qərb hissəsində yerləşir. Şimalda Qraçevski rayonu, şərqdə Aleksandrovski və Mineralovodski rayonları ilə, cənubda Priqorodnı rayonu və Qaraçay-Çərkəz Respublikası, qərbdə Koçubevski və Şpakovski rayonları ilə həmsərhəddir. Ərazisi şimaldan cənuba 75 km, qərbdən şərqə 60 km-dir. Ərazinin ümumi sahəsi 2388 km²-dir. Bu göstəriciyə görə Andropov rayonu Stavropol diyarının 26 rayonu arasında 12-ci yeri tutur. "Qafqaz" federal magistral yolu, Şimali Qafqaz dəmir yolu xəttinin "Nevinnomısskaya — Mineralnıye Vodı" xətti, "Malqobek — Tixoretsk" neft kəməri rayon ərazisindən keçir. === Hidroqrafiyası === Andropov rayonunun əsas çayları Kalaus, Surkul, Bolşoy Yankuldur.
Androsov yemişanı
Androsov yemişanı (lat. Crataegus androssovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür.
Yuri Andropov
Yuri Vladimiroviç Andropov (2 (15) iyun 1914, Soluno-Dmitriyevskoye[d], Stavropol quberniyası[d], Rusiya imperiyası və ya Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 9 fevral 1984[…], Moskva, RSFSR, SSRİ,) — SSRİ-nin görkəmli dövlət və partiya xadimi, 1982–1984-cü illərdə Sov.İKP MK-nın Baş Katibi, 1983–1984-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri, SSRİ DTK sədri (1967–1982). 1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olmuşdur. Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə ÜİK(b)P sıralarına daxil olmuşdur. 1938–1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatının rəhbəri olmuşdur. Böyük Vətən Müharibəsindən sonra Karel-Fin Kommunist Partiyası MK-nın 2-ci katibi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə, məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və Sov.İKP MK-ya şöbə müdiri təyin edilir. 1961-ci ildə Sov.İKP-nin XXI qurultayında o, partiya Mərkəzi Komitəsinin üzvü seçilir, daha sonra isə, Sov.İKP MK katibi kimi fəaliyyət göstərir.
Yuri Vladimiroviç Andropov
Yuri Vladimiroviç Andropov (2 (15) iyun 1914, Soluno-Dmitriyevskoye[d], Stavropol quberniyası[d], Rusiya imperiyası və ya Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 9 fevral 1984[…], Moskva, RSFSR, SSRİ,) — SSRİ-nin görkəmli dövlət və partiya xadimi, 1982–1984-cü illərdə Sov.İKP MK-nın Baş Katibi, 1983–1984-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri, SSRİ DTK sədri (1967–1982). 1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olmuşdur. Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə ÜİK(b)P sıralarına daxil olmuşdur. 1938–1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatının rəhbəri olmuşdur. Böyük Vətən Müharibəsindən sonra Karel-Fin Kommunist Partiyası MK-nın 2-ci katibi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə, məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və Sov.İKP MK-ya şöbə müdiri təyin edilir. 1961-ci ildə Sov.İKP-nin XXI qurultayında o, partiya Mərkəzi Komitəsinin üzvü seçilir, daha sonra isə, Sov.İKP MK katibi kimi fəaliyyət göstərir.
Ramiz Məmmədov (okeanoloq-hidroloq)
Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu – 7 iyun 2021, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016) ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.