Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anortit
Anortit (yun. άνορθός – çəp) – plagioklazlar qrupuna aid süxur əmələgətirən mineral. Albit-anortit izomorf sırasının sonuncu üzvü. Kimyəvi tərkibi Ca(Al2Si2O8) (20,1% – CaO; 36,7% –Al2O3; 43,2% – SiO2). Sinqoniyası triklinikdir. Kristalları prizmatik, lövhəvidir. Yöndəmsiz dənələr formasında, sıx dənəli aqreqatlar şəklində rast gəlinir. Ağ, bozumtul, sarımtıl və s. rənglərdə olur. Şüşə parıltılıdır.
Anortozit
Anortozit (fr. anorthose – plagioklaz) — qabbro qrupu süxuru. Əsas, yaxud orta plagioklazlardan ibarətdir. Tərkibində cüzi miqdarda rəngli minerallara rast gəlinir. İki növü var: 1) bitovnitli anortozitlər; 2) labradorlu, yaxud andezinli anortozitlər. Sinonimləri: labradorit, plagioklazit. İridənəli struktura malikdir. Rəngi – açıq bozdan qarayadəkdir. Anortozitlər 1 milyard il bundan əvvəl formalaşmış iri maqmatik komplekslər (Ukrayna, Kanada, Finlandiya) və əsas-ultraəsas intruziyaların tərkib hissəsini (CAR, Avstraliya, Kanada və s.) təşkil edirlər. Anortozit Ay "materikləri"nin əsas süxurlarındandır.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] == Haqqında == Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Riu-Qrandi-du-Norti
Riu-Qrandi-du-Norti (port. Rio Grande do Norte) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın şinal-şərq regionuna daxildir. Ştatın inzibati mərkəzi Natal şəhəridir. Riu-Qrandi-du-Norti qərbdən Seara, cənubdan Paraiba ştatı ilə sərhədlənir. == Coğrafiya == Riu-Qrandi-du-Norti ştatı Cənubi Amerikada özünün çimərlikləri, qum dyunları və təmiz havası ilə məşhurdur. Ştat ərazisində iki tip iqlim hakimdir: rütubətli və quru tropik. Rütubəli iqlim əsasən sahil zonada, quru iqlim isə sahil ərazilərdən başqa bütün ərazilərdə hakimdir. Quru iqlim əsasən az yağıntı ilə əlaqədardır. Bəzən bir necə il ərzində belə yağıntı düşmür.