Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Homo antisessor
Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur: 1) Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür; 2) Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir; 3) Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur; 4) Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır; 5) Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir. İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi hannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən arefaktlar da tapılmışdır.