Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anthropoides
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Anthropoides virgo
Adi qəşəng durna (lat. Anthropoides virgo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin qəşəng durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxıstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır.
Antropoid əməliyyatı
Antropoid əməliyyatı (çex. operace Anthropoid) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939–1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941–1942) SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən) Reynhard Heydrixin məhv edilməsi əməliyyatının kod adı. Əməliyyatı Britaniya kəşfiyyat idarəsi "Xüsusi Əməliyyatlar Müdirliyi" və Çexoslovakiyanın Azadlığı üzrə Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) birgə hazırlayıb həyata keçirib. Sui-qəsd 27 may 1942-ci ildə Praqada Çexoslovakiya Müqavimətinin iki üzvü, slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən həyata keçirilib. İyunun 4-də Heydrix aldığı yaralardan ölüb. Çexoslovaklar sürgündə olan hökumətə legitimlik verməyə kömək etmək və Heydrixin qəddar hakimiyyətinə son vermək üçün əməliyyatı öz üzərinə götürdülər. Əməliyyat Böyük Britaniya Xüsusi Əməliyyatların Təşkili idarəsinin köməkliyi ilə həyata keçirildi. Əməliyyat İkinci Dünya müharibəsi zamanı yüksəkrütbəli nasist liderinin məhvinin hökumət tərəfindən maliyyələşdirməsi təsdiqlənmiş yeganə hadisədir. Heydrixin ölümü kəndlərin dağıdılması və dinc əhalinin kütləvi şəkildə öldürülməsi də daxil olmaqla SS qoşunlarının repressiya dalğasına səbəb oldu. Həm sui-qəsd, həm də onun nəticələri haqqında Çexiya, Slovakiya və İngiltərə kimi müxtəlif ölkələrdə çoxsaylı xatirə abidələri ucaldılıb.
Anthropic
Anthropic — OpenAI-nin keçmiş üzvləri tərəfindən qurulan Amerikan süni intellekt (Sİ) startap şirkəti. Anthropic ümumi Sİ sistemləri və böyük dil modelləri hazırlayır. Şirkət ictimai xeyriyyə korporasiyasıdır və effektiv altruizm hərəkatına qoşulmuşdur. 2023-cü ilin iyul ayına olan məlumata görə, Anthropic 1,5 milyard ABŞ dolları məbləğində sərmayə toplayıb. Sentyabr ayında Amazon 4 milyard ABŞ dollarına qədər sərmayə yatırdı, növbəti ay isə Google 2 milyard ABŞ dolları yatırmağı öhdəsinə götürdü. == Tarixi == Anthropic 2021-ci ildə OpenAI-nin keçmiş yüksək səviyyəli üzvləri, əsasən də bacı-qardaş olan Daniela və Dario Amodey tərəfindən təsis edilib, sonuncusu OpenAI-nin Tədqiqatlar üzrə vitse-prezidenti vəzifəsində çalışıb. Amodeylər xüsusilə OpenAI-nin 2019-cu ildə Microsoft ilə olan sərmayələri ilə bağlı istiqamət fərqlərinə görə OpenAI-dan ayrılan digər üzvlər arasında idi. 2022-ci ilin sonlarına qədər Anthropic 700 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti topladı ki, bunun da 500 milyon dolları Alameda Research-dən gəlirdi. Google-un bulud bölməsi, Anthropic-in Google Cloud-dan kompüter resursları almasını tələb edən müqavilədə 10% pay üçün 300 milyon ABŞ dolları məbləğində sərmayə yatırdı. 2023-cü ilin may ayında Anthropic, Spark Capital-ın rəhbərlik etdiyi raundda 450 milyon ABŞ dolları topladı.